Icma.az
close
up
RU
Bakıda Zəfər Gününə həsr olunan qaçış təşkil ediləcək

Bakıda Zəfər Gününə həsr olunan qaçış təşkil ediləcək

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Noyabrın 2-də Bakıda Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı xeyriyyə tədbiri keçiriləcək.

İdman.Biz xəbər verir ki, ənənəvi tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli” şüarı altında baş tutacaq. Aksiyanın məqsədi Azərbaycanın tarixi qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha vurğulamaqdır.

İştirakçılar üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı müəyyən edilib. Toplanan vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Bundan əlavə, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada ziyarətçiləri müxtəlif əyləncələr və bayram ab-havası gözləyəcək.

Qaçış 2 noyabr saat 10:00-da başlayacaq. İştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər 30 oktyabr saat 12:00-dək events.smartscoring.com/marathon linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğundan limitə çatdıqda qeydiyyat avtomatik olaraq bağlanacaq.

Qeydiyyatı təsdiqlənən iştirakçılara e-mail vasitəsilə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Onlar 15–30 oktyabr tarixlərində, saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödəniş təsdiqini təqdim etməklə iştirakçı nömrəsini əldə edə biləcəklər.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.

Ətraflı məlumatı *6003 nömrəli çağrı mərkəzindən və ya tədbirin rəsmi Instagram səhifəsindən almaq mümkündür: instagram.com/victoryrun.az.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:600
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri