Icma.az
close
up
RU
Zəfər Gününə həsr edilmiş

Zəfər Gününə həsr edilmiş

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron rayonunun Qobu Park yaşayış kompleksində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 17 nömrəli orta məktəbin akt zalında “Konstitusiya və Suverenlik İli”nə  və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “ Zəfər Tariximiz” adlı tədbir keçirib.                     

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları, məktəb direktorları, YAP Ərazi Partiya təşkilatlarlnın sədrləri, Partiyanın fəalları, şəhid ailələri, qazilər, hərbiçilər, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şagirdlərin əl işlərindən ibarət sərgi ilə başlayıb. Şagirdlərin hazırladığı əsərlər və kompozisiyalar Azərbaycanın müasir tarixindəki mühüm hadisələri, Vətən müharibəsində qazandığımız Zəfəri və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirib. Hər bir əsər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, şagirdlərin yaradıcılığı yüksək qiymətləndirilib.Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışıb. O, Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb və bu zəfərin yalnız hərbi sahədə deyil, dövlətimizin suverenliyi və milli birliyi baxımından da əvəzsiz əhəmiyyət kəsb etdiyini qeyd edib.Fuad Bədəlov həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərindən,həmin ərazilərdə təhsilin inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərdən bəhs edib.O, azad olunmuş ərazilərdə fəaliyyətə başlayan yeni məktəblər, müasir tədris mərkəzləri və digər sosial obyektlər barədə məlumat verərək, bu yeniliklərin bölgənin sosial-iqtisadi inkişafına və gənc nəsillərin yüksək səviyyədə təhsil almasına böyük töhfə verdiyini bildirib.YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi.44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edib və milli qürur və birliyimizin simvoluna çevrilən böyük Zəfəri əldə edib. “Bu Zəfər Azərbaycan dövlətçiliyinin dayaqlarını daha da möhkəmləndirdi və Konstitusiyamızda təsbit olunmuş suverenlik prinsipinin real siyasi və hərbi təminatını yaratdı” – deyə o əlavə edib. Sədr həmçinin məktəblilərə müraciət edərək bildirib ki, suveren dövlətin qorunması üçün hər bir vətəndaş bilikli, məsuliyyətli və vətənpərvər olmalıdır.Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdri Fuad Bədəlova  YAP Kəllbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim edildi. Vətən müharibəsi qazisi Ayaz Qasımov və digər çıxış edənlər də Zəfər Gününün əhəmiyyətini vurğulayıb,ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.Tədbirdə iştirak edən şəhid ailələri, qazilər və hərbicilər xüsusi hörmətlə qarşılanıb,onların igidliyi və fədakarlığı yüksək qiymətləndirilib. Tədbirin birinci hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan  Kəlbəcər rayonunun  Bakı şəhərində fəaliyyət göstərən 6 məktəbi  12 nömrəli tam orta məktəbinin “Kəlbəcər”,17 nömrəli tam orta məktəbinin “Zəfər”,18 nömrəli tam orta  məktəbinin “İstisu”, 20 nömrəli tam orta məktəbinin “Murov”, 21 nömrəli tam orta məktəbinin “Xarıbülbül,117 nömrəli tam orta məktəbinin “Dəmir yumruq” komandaları arasında   “Zəfər tarixi” adlı bilik yarışı keçirildi. Birinci yerin qalibi Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbinin “Zəfər” komandası oldu. Qalibə diplomu və kuboku Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdri Fuad Bədəlov təqdim etdi. 2-ci yerin qalibinə 117 nömrəli Kəlbəcər rayon orta məktəbinin komandasına diplomu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov təqdim etdi. 3-cü yerin qalibinə Kəlbəcər 21 nömrəli orta məktəbin komandasına mükafatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdr müavini Əli Əliyev tədqim etdi. Kəlbəcər rayon 12, 18 və 20 nömrəli məktəblərin komandalarına diplomları ehtiyyatda olan mayor Nürəddin Aslanov  təqdim etdi.Tədbir vətənpərvərlik ruhunu yüksəldən mahnılar, bədii nümunələr və şagirdlərin hazırladığı səhnəciklərlə davam edib. İştirakçılar bu kimi təşəbbüslərin gənc nəsillərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirdiyini və onların tariximizi daha dərindən öyrənməsinə xidmət etdiyini qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see207

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see202

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see197

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see191

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see191

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see190

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see173

Rövşən Nəcəf “düyünü”

13 May 2026 21:15see169

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see168

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see164

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see164

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see163

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see161

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see160

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see160

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see158

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see156

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see156

Rubio Çini ABŞ ın əsas geosiyasi rəqibi adlandırıb

14 May 2026 04:54see152

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri