Icma.az
close
up
RU
Bakıdakı avtobusları artıq qadın sürücülər də idarə edəcək RƏSMİ AÇIQLAMA FOTO

Bakıdakı avtobusları artıq qadın sürücülər də idarə edəcək RƏSMİ AÇIQLAMA FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının əsas ictimai nəqliyyat operatorlarından biri olan “BakuBus” qadınların əmək bazarındakı rolunu gücləndirmək və gender bərabərliyini təşviq etmək məqsədilə yeni təşəbbüslə çıxış edib. Şirkət avtobus sürücüsü vəzifəsinə qadın namizədlərin müraciətlərini qəbul etməyə başladığını elan edib.


Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a açıqlamsında bildirib ki, şirkət fəaliyyətə başladığı gündən etibarən ölkədə ictimai nəqliyyat sahəsində keyfiyyətli xidmətin təşkili və təhlükəsizliyin artırılması istiqamətində əsaslı addımlar atıb: 


"Bununla yanaşı, şirkət daim gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına da xüsusi diqqət yetirib. Bir neçə gün öncə şirkətin rəsmi sosial media hesablarında “Qadınları sükan arxasına dəvət edirik” başlığı ilə paylaşılan vakansiya elə bu məqsədin önəmli təzahürlərindən biridir. Məlum olduğu kimi, Azərbaycanda ictimai nəqliyyatda qadın sürücülərin sayı çox azdır. Lakin "BakuBus" olaraq, biz inanırıq ki, qadınların bu sahəyə cəlb olunması yalnız xidmət mədəniyyətinə və təhlükəsizlik səviyyəsinə deyil, ümumilikdə cəmiyyətin sosial inkişafına da müsbət təsir göstərəcək".
Əsmər Əliyeva qeyd edib ki, paylaşım ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb: 


"Bəzi şəxslər “bu qadın peşəsi deyil”, - deyə iradlar bildirdilər və avtobusların idarə edilməsinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər. Lakin dünya təcrübəsi göstərir ki, qadınların ictimai nəqliyyatda iştirakı xidmətin səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətli faktordur. Biz bu kimi stereotipləri qırmaq və qadınların istənilən sahədə uğurla çalışa biləcəyini göstərmək istəyirik.
Sevindirici haldır ki, artıq 10-dan çox qadın namizəd vakansiyaya müraciət edib. Qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitəsini idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Hazırda müraciət edənlərin əksəriyyətində “B” kateqoriyalı sürücülük vəsiqəsi var. Bu səbəbdən bütün namizədlər dəvət edilərək prosedur qaydaları və təlim prosesi barədə ətraflı məlumatlandırılacaqlar".


"BakuBus" olaraq inanırıq ki, qadınların nəqliyyat sektorunda fəal iştirakı cəmiyyətin inkişafına töhfə verəcək və ictimai nəqliyyatda yeni bir səhifənin başlanğıcı olacaq, - deyə Əsmər xanım vurğulayıb. 


Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza bildirib ki, ictimai nəqliyyatda qadın sürücü vakansiyalarının açılması, yalnız bir iş elanından ibarət deyil, həm də sosial yönümlü mühüm bir təşəbbüsdür:


"Bu cəmiyyətdə gender bərabərliyinin dəstəklənməsi və qadınların bütün sahələrdə bərabər şəkildə fəaliyyət göstərmək hüququnun tanınması baxımından əhəmiyyətlidir. Qadınların bu sahədə işləmək üçün potensialı, bacarığı və hətta marağı da var. Sadəcə onlara uyğun şəraitin yaradılması, bu sahənin təşviqinə dəstək verilməsi vacibdir. Şəxsən mənim də tanıdığım qadın sürücülər var ki, artıq bu vakansiyalarla maraqlanıblar və müraciətlərini ediblər".
Ekspert vurğulayıb ki, yaxın gələcəkdə ictimai nəqliyyatda qadın sürücüləri daha çox görəcəyik. Bu təkcə cəmiyyətin sosial inkişafına yox, həm də xidmət səviyyəsinin yüksəldilməsinə töhfə verəcək:
Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, ictimai nəqliyyatda qadınların sürücü kimi fəaliyyət göstərməsi, həm cəmiyyətə verilən bir mesaj, həm də sosial dəyişikliklərə açılan bir qapıdır:


"Təbii ki, bu prosesdə cəmiyyətin müəyyən baxışları və stereotiplər var. Bəzi insanlar bunu qadın peşəsi saymır, çünki avtobus kimi iri nəqliyyat vasitəsinin idarəsi fiziki güc və yüksək məsuliyyət tələb edir. Amma gəlin unutmayaq ki, qadınlar bu sahəyə daxil olmaq üçün artıq müəyyən kateqoriyalı sürücülük vəsiqəsi əldə ediblərsə, deməli, onlar həm texniki, həm də psixoloji baxımdan bu işin öhdəsindən gəlməyə hazırdırlar. İnkişaf etmiş ölkələrdə qadınların sürücü, metro maşinisti, qatar və hətta təyyarə pilotu kimi çalışdıqlarını görürük. Bu da göstərir ki, qadınların bu sahəyə qatılması nəinki mümkündür, hətta olduqca vacibdir".
Psixoloq vurğulayıb ki, burada cəmiyyətin yanaşması da önəmlidir:
"İnsanlar bu dəyişikliklərə fərqli reaksiya verə bilər. Bəzən ailənin, bəzən isə ətraf mühitin dəstəyi bu prosesdə önəmli rol oynayır. Amma istənilən halda, peşə seçimi şəxsi bir qərardır və qadınlar öz arzularını reallaşdırmaq hüququna sahibdirlər".
 

Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 May 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri