Bakıdakı bu məktəblə bağlı yayılan görüntülərə aydınlıq gətirildi VİDEO
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə 51 nömrəli məktəblə bağlı yayılan görüntülər ictimai müzakirələrə səbəb olub. Həmin kadrlarda azyaşlıların elektrik naqillərinin yerləşdiyi hasardan keçərək məktəbin həyətində futbol oynadıqları əks olunub.
Məktəbdən Redaktor.az-a verilən məlumata görə, sözügedən görüntülər köhnədir və hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib: “26 mart 2026-cı il tarixindən etibarən aidiyyəti qurumlara müraciət olunub, nəzarət tədbirləri artırılıb. Eyni zamanda valideynlərə bir daha müraciət edilərək qeyri-dərs günlərində övladlarına daha ciddi nəzarət etmələri tövsiyə olunub”.
Məktəbin açıqlamasında qeyd olunub ki, məktəbin hasarına yaxın ərazidə yerləşən köşkə aid elektrik naqilləri artıq yığışdırılıb. Bundan əlavə, elektrik sayğacının yerinin dəyişdirilməsi ilə bağlı da aidiyyəti qurumlara müraciət edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 02 Aprel 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















