Hicabla bağlı yayılan xəbərə aydınlıq gətirildi Açıqlama
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Ötən gün “Qafqazinfo”da Musavat.com-a istinadən “Azərbaycanda hicab kəlağayı ilə əvəzlənir” adlı yazı yayımlanıb.
Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni qaydaların olacağı, hicabı milli örtük sayılan kəlağayının əvəz edəcəyi ilə bağlı yazı bir müddət sonra adıçəkilən saytdan silinib.
Bu gün isə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun adından sözügedən xəbərin əsassız olduğu bəyan edilib və informasiya ilə əlaqədar təkzib verilib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
“Yeni Müsavat” Media Qrupunun platformalarında dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşdığı və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı, baş örtüyünün ləğv ediləcəyi və onun kəlağayı ilə əvəzlənəcəyi barədə yayımlanmış məlumatın həqiqəti əks etdirmədiyini bildiririk.
Aparılan dəqiqləşdirmələr nəticəsində müəyyən olunub ki, qeyd edilən məsələ ilə bağlı heç bir rəsmi qərar yoxdur, belə bir təşəbbüs müzakirə edilmir və yayımlanmış informasiya əsassızdır.
Sözügedən material redaksiya əməkdaşlarımızdan birinin dəqiqləşdirilməmiş məlumat əsasında hazırladığı yazı nəticəsində yayımlanıb. Bu, redaksiya prinsiplərinə uyğun olmayan ciddi peşə səhvi kimi qiymətləndirilir.
Yanlış məlumat ictimai rəydə narahatlıq yaratdığı və inanclı vətəndaşları incitdiyi üçün bütün oxucularımızdan səmimi şəkildə üzr istəyirik.
Məlumat dərhal bütün platformalarımızdan silinib və oxucularımıza həmin xəbərə etibar etməmələrini tövsiyə edirik.
Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün redaksiya daxilində əlavə nəzarət və yoxlama mexanizmləri gücləndiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 07 Aprel 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















