Bakıdakı bu zolaq maraqla qarşılandı Foto
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yasamal rayonunun Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib. Sözügedən zolağın kimlər üçün nəzərdə tutulduğu, təhlükəsizlik qaydalarının necə tənzimlənəcəyi suallar yaradıb.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend” bildirilib ki, zolaq piyadaların və mikromobillik vasitələri istifadəçilərinin müştərək istifadəsi üçün yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.
Xəbəri rus dilində oxuyun: Почему на Ясамале объединили тротуар и велодорожку - ФОТО
Qurumun məlumatına görə, bu, səkinin təşkilinə kimi müvəqqəti həll yoludur: “Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yol sahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyi üçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərə yaxın piyada keçid kimi istifadə edir. Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin, Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həmin hissəsində piyadalara yol verərək hərəkət etməlidir”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 26 Fevral 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















