Səməni festivalı maraqla qarşılandı FOTO
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib. Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub.
Modern.az xəbər verir ki, tələbələrin maraqlı əl işləri, səmənilər, Şuşa və Xarıbülbül simvolu, eləcə də qədimi əşyaların nümayişi festifalı daha da maraqlı edib.
Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirilib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. Gəncə Dövlət Universitetində təşkil edilən “Səməni” festifalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.
Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı hər kəsə xoş ovqat bəxş edib.
Sonda münsiflər heyəti tərəfindən festifalın qalibləri müəyyən edilərək mükafatın verilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Mart 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















