Icma.az
close
up
RU
Bakıdakı ekoloji təmiz avtobusların sayı açıqlandı

Bakıdakı ekoloji təmiz avtobusların sayı açıqlandı

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq işlər həyata keçirilir və hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 elektrikli avtobus paytaxtın müxtəlif marşrutlarında uğurla istifadə edilir”.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alaraq mərhələli şəkildə istifadəyə verir ki, bu il həmin şirkətlər tərəfindən əlavə olaraq 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır.

Həmçinin 200-dən çox avtobusun təmir edilərək xidmətə qaytarıldığı bildirilib. Vurğulanıb ki, avtobusların ümumi parkı hazırda 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmin 2500 avtobusa çatdırılması nəzərdə tutulub.

“Qeyd edək ki, tətbiqinə başlanılan optimallaşdırılmış marşrut şəbəkəsi üzrə 11 yeni marşrut istifadəyə verilib və bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir. Xətlərdə isə müasir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunur. Əlavə olaraq mövcud olan 15 marşrut üzrə avtobuslar yenilənib və proses davamlı xarakter daşıyır.

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”.- deyə məlumatda qeyd olunub.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri