Bakıdakı sıxlığın əsas səbəbi açıqlandı
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
“Yeni iş yerlərinin 84%-i Bakı-Abşeronun payına düşür, 10 ildən sonra regionlar tam boşala bilər”.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda yeni açılan iş yerlərinin regional bölgüsü ilə bağlı rəsmi statistikanı şərh edib.
O, bildirib ki, 2026-cı ilin yanvar–sentyabr ayları üzrə açıqlanan rəqəmlər regionların iqtisadi vəziyyəti baxımından narahatlıq doğurur. Elektronika məhsulları
N. Cəfərlinin sözlərinə görə, hesabat dövründə ölkədə yaradılan 79,5 min yeni iş yerinin 77,3%-i (təxminən 61,5 mini) Bakının, 6,6%-i isə ikinci yerdə qərarlaşan Abşeron rayonunun payına düşüb:
“Yəni yeni iş yerlərinin 84%-i Bakı-Abşeronun payına düşür. Paytaxtdan kənarda isə cəmi təxminən 18 min yeni iş yeri yaradılıb. Sonra da çıxıb deyirlər ki, regionların inkişafı ilə bağlı 4 proqram qəbul edilib, son 25 ildə regionlara 120 milyard manat yatırım edilib. Bəs hanı nəticə?!”
İqtisadçı qeyd edib ki, paytaxtdakı sıxlığın əsas səbəbi məhz iş imkanlarının, eləcə də sosial və mədəni həyatın yalnız Bakı-Abşeron aqlomerasiyasında cəmləşməsidir:
“Bu gedişlə 10 ildən sonra ölkənin regionları tam boşalacaq. Bu isə təkcə iqtisadi və sosial məsələ deyil, həm də ciddi təhlükəsizlik problemidir”.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Noyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















