Icma.az
close
up
RU
Bakıdakı ermənilərlə bağlı son qərar necə olacaq? Vəkil detalları açıqladı

Bakıdakı ermənilərlə bağlı son qərar necə olacaq? Vəkil detalları açıqladı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, noyabrın 13-də Azərbaycanın suveren ərazilərinin işğalı və müharibə dövründə baş verən ağır cinayətlərə görə ittiham olunan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər erməni separatçı rəhbərləri növbəti dəfə hakim qarşısına çıxarılıblar.

Açıq məhkəmə iclasında prokurorluq tərəfi onlara qarşı irəli sürülmüş ittihamların hüquqi əsaslarını təqdim edib və qeyd edib ki, bu şəxslər sülh və insanlıq əleyhinə cinayətlər, müharibə qanunlarının pozulması, terrorçuluq və digər ağır əməllərdə məsuliyyət daşıyırlar. BMT qətnamələrinə istinad edilən prosesdə bəzi təqsirləndirilən şəxslər üçün ömürlük, digərləri üçün isə 20 ilədək həbs cəzası tələb olunub ki, bu da işin miqyasını və ittihamların ağırlığını bir daha ortaya qoyur.

Globalinfo.az-a danışan vəkil Asim Abbasov bildirib ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda dövlət ittihamçısı məhkəmədə təqsirləndirilən şəxs barəsində ömürlük cəza tələb edə bilər:

“Göstərilən şəxslərin təqsirləndirildikləri bəzi maddələrin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası mövcuddur. Cinayət Məcəlləsinin 66.1-cı maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qanunvericiliyə əsasən şəxsə hər cəza üçün ayrılıqda cəza təyin edilməlidir”.

Vəkil deyib ki, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir:

Asim Abbasov

“Bu halda azadlıqdan məhrumetmə növündə qəti cəzanın müddəti 20 ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti ümumilikdə 20 ildən artıq olmadığından göstərilən təqsirləndirilən şəxslərə 20 il müddətində cəza təyin edilir. O nüansı da qeyd edək ki, maddənin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulduğu üçün ömürlük azadlıqdan məhrumetmə cəzası da dövlət ittihamçısı tərəfindən istənilə bilərdi”.

Xatırladaq ki, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see222

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see205

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see156

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see143

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see139

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see138

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see137

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see135

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see135

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see132

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see127

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see126

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see123

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri