Icma.az
close
up
RU
Bakıdakı ermənilərlə bağlı həyasız yalan cavab gecikmədi

Bakıdakı ermənilərlə bağlı həyasız yalan cavab gecikmədi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məhkəməsi gedən hərbi canilər arasında intihara cəhd edən olub? - hüquqşünaslardan reaksiya 

Azərbaycan xalqına qarşı çoxsaylı ağır cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi davam edir. Artıq prokuror onlara uzunmüddətli həbs cəzaları (ömürlük, 20-15-10 il) tələb edib. Aydındır ki, belə ağır cəzalar hansısa yumurta oğurluğuna görə istənilmir. 

Ermənistanda isə bir sıra radikal qüvvələr hələ də sanki “paralel dünyada” yaşayırmışlar kimi, onları axmaqcasına az qala mələk, “əsir” kimi təqdim edirlər. Onlardan biri də üzdəniraq hüquq müdafiəçisi Siranuş Sakyandır. 

Bu axçinin iddiasına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra (sentyabr, 2025) Bakıdakı ermənilər faktiki tam təcrid durumuna düşüb, çox nadir hallarda onlara ailələri ilə əlaqə saxlamağa şərait yaradılır, hətta aralarında intihara cəhd halları qeydə alınıb. Guya qohumları bu barədə onlarla nadir telefon danışıqları zamanı xəbər tutublar. Harda, nə vaxt, necə intihara cəhd halları olub? Belə şey mümkünmü?  

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, o cür iddialar erməni həyasızlığının daha bir nümunəsidir və erməni həyasızlığı hələ uzun illər davam edəcək: “Bu cür uydurma söhbətləri ortaya atan ermənilər həm Azərbaycana böhtan atmaq, Azərbaycanı öz aləmlərində dünyada hörmətdən salmaq, həm də özlərini erməni cəmiyyətinin gündəmində diqqətində saxlamaq məqsədi güdürlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanı tərk etdikdən sonra  erməni cinayətkarların hər şeydən guya tam təcrid olunduqları barədə deyilənlər tamamilə yalandır. Azərbaycan Ombudsmanın nümayəndələri həmin ermənilərə mütəmadi baş çəkirlər. Təcridxanadan onların öz ailələri ilə telefonla danışmalarına şərait yaradılır. Məhkəmə zallarına gələrkən o ermənilərin geyimlərinin necə təmiz, səliqəli olduqları görünür. Onlar vəkillərlə, tərcüməçi ilə təmin olunublar, sərbəst könüllü ifadə veriblər. Bir sözlə onlara qarşı heç bir qanunsuz hərəkət, təzyiq filan olmayıb və yoxdur. Belə olduğu halda guya həmin cinayatkar ermənilərin hansınınsa intihara cəhd etdiyi barədə ermənilərin uydurmaları həyasızılığın pik həddidir. Saxlanılan şəxslərdən heç biri intihara cəhd etməyib. Nə təcridxanada, nə məhkəmə prosesində onlara heç bir təzyiq olmayıb. Məhkəmə onların törətdiyi əməllərə görə adekvat cəza verəcək”.   

Xəyal Bəşirov 

Xəyal Bəşirov isə bildirdi ki, Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətməkdə ittiham olunan 15 erməni ilə bağlı məhkəmə prosesinin böyük bir mərhələsi arxada qalıb və ittihamedici tərəf olaraq prokurorlar həmin şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 20-dən artıq ağır və xüsusilə ağır maddəsi ilə cəza verilməsini istəyiblər: “Həmin maddələrin hamısında nəzərdə tutulan cinayətləri o şəxslər həyata keçiriblər və özləri məhkəmədə ifadələrində bunları etiraf ediblər. Onların əksəriyyətinin törətdiyi cinayətlər müharibə cinayətidir. Bu cinayət isə ən ağır cəzanı nəzərdə tutur. Həmin 15 erməninin həm ibtidai istintaqı mərhələsində, həm məhkəmə istintaqı mərhələsində qanunvericilikdən kənar heç bir hal baş verməyib. Bütün proses qanunlar çərçivəsində gedib. Eləcə də təcridxanada onlara qarşı qanunun tələbindən kənar heç bir hərəkətə yol verilməyib. Məhkəmələri şəffaf, ədalətli şəkildə keçib. Baxmayaraq ki, həmin şəxslər Azərbaycan xalqına qarşı çox ağır cinayətlər törədiblər, onların törətdikləri cinayətlərdən 500 mindən artıq zərərçəkmiş tərəf var, onlara qarşı qanundan kənar heç bir hərəkətə yol verilmir. Həmin o şəxslərin, eyni zamanda şahidlərin mümkün qədər iştirakı ilə məhkəmə prosesləri həyata keçirilir. Proseslərdə hüquq müdafiəçilərinin, jurnalistlərin iştirakı təmin edilir. Hətta zərərçəkmiş tərəf olan şəxslər onlara işgəncələr vermiş, məhrumiyyətlər yaşatmış, doğmalarını öldürmüş həmin ermənilərə qarşı məhkəmə prosesində sivil münasibət sərgiləyirlər. Azərbaycan bu məsələdə də dünyaya yaxşı bir nümunə qoyur. Həmin ermənilərin tamamilə təcrid olduqları, hətta guya hansınınsa intihar etdiyi barədə iddialar tamamilə cəfəngiyyatdır”.

Hüquqşünas dedi ki, Siranuş Sakyan adlı qondarma erməni hüquq müdafiəçisinin fəaliyyətinə diqqət etdikdə görürük ki, onun hüquqla heç bir əlaqəsi yoxdur: “Bu adam hüquqa xələl gətirən fəaliyyətlə məşğuldur, daşnak mövqeli birisidir. Bu adam normal hüquq müdafiəçisi olsaydı Bakıda məhkəməsi gedən 15 erməninin əsir olmadığını, törətdikləri cinayətlərə görə saxlanıb istintaqa cəlb olunduğunu bir hüquqçu kimi bilməli idi. Azərbaycanın Ermənistandan, azərbaycanlıların ermənilərdən fərqi həm də odur ki, saxlanılan və ya əsir düşən şəxslərə qarşı işgəncə həyata keçirmir. Ermənistan və ermənilər müxtəlif zamanlarda dumanlı havada azıb onlar tərəfə keçmiş azərbaycanlı əsgərləri ələ keçirib işgəncələr verirdilər, dogma kəndlərini ziyarət üçün Kəlbəcərə getmiş Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov götürüb onlara qarşı amansız işgəncələr vermişdilər və heç bir əsas olmadan onların üzərinə qondarma məhkəmə qurub onları məhkum etmişdilər. Azərbaycanın təcürbəsində isə heç zaman ermənilərə qarşı bu cür amansızlıqlara yol verilməsi olmayıb. Azərbaycan hətta xalqımıza qarşı ən ağır cinayətlər törətmiş haqqında söhbət gedən 15 erməniyə belə qanun müstəvisində davranır və humanist yanaşır. O ermənilər heç zaman saxlandıqları yerdən, onlara münasibətdən şikayət etməyiblər”.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Noyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri