Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət On minlərlə insan risk altındadır

Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət On minlərlə insan risk altındadır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Daşınmaz əmlak bazarında son illər borc qarşılığında evin və ya torpağın "formal" satışı kütləvi xarakter almağa başlayıb. İlk baxışda borcun qaytarılmasına zəmanət kimi görünən bu addım əslində həm alanı, həm də satanı böyük hüquqi uçuruma sürükləyir.
Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, belə hallar çoxdur:
“Bunlar əsasən daşınmaz əmlakla bağlı olur. Dövlət reyestrinə daxil olmayan tikililərin  istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrinin alqı-satqısı rəsmiləşdirilə bilmir. Bu səbəbdən tərəflər qeyri-rəsmi razılaşmalar əsasında hərəkət edirlər. Bu zaman isə, adətən, hansısa borc müqaviləsi və ya digər qeyri-rəsmi sənədlər ortaya çıxır. Nəticədə sonradan mübahisələr yaranır. Digər geniş yayılmış hal avtomobillərin etibarnamə ilə verilməsidir ki, bu da çox ciddi problemlərə səbəb olur. Əslində, “etibarnamə ilə avtomobil almaq” ifadəsi yanlış yanaşmadır. Etibarnamə ilə heç nə alınmır, sadəcə müəyyən səlahiyyət verilir. Lakin buna baxmayaraq, insanlar pul ödəyib avtomobili bu şəkildə əldə etdiklərini düşünürlər. Sonradan isə məlum olur ki, avtomobil yüklüdür, yaxud sahib şəxs vəfat edir və vərəsələri müdaxilə edərək avtomobili geri tələb edirlər. Bu kimi hallarda ciddi mübahisələr yaranır”.
Sahib Məmmədov vurğulayıb ki, Bakıda on minlərlə sənədsiz və təyinatı üzrə tikilməyən evlərin olması bu problemi daha da dərinləşdirir. Qeyri-rəsmi alqı-satqı zamanı tərəflər ən azı əllərində güclü sübut bazası saxlamalıdırlar.
“Ümumilikdə, bu cür məsələlərin ən düzgün yolu onların hüquqi müstəvidə həll edilməsidir. Reallıq isə ondan ibarətdir ki, xüsusilə Bakı şəhərində on minlərlə sənədsiz, təyinatı düzgün olmayan torpaqlar üzərində tikilmiş evlər və digər əmlaklar mövcuddur. Bu əmlakların alqı-satqısı qeyri-rəsmi şəkildə həyata keçirilir və nəticədə bu cür mübahisələr qaçılmaz olur. Bu alqı-satqının tam dayanacağını gözləmək real deyil. Belə əməliyyatlara gedən şəxslərin əlində sübutlar olsun. Məsələn, bir şəxs evi qeyri-rəsmi şəkildə alır və bunun qarşılığında borc müqaviləsi bağlanırsa, sonradan borc qaytarıldıqda bu öhdəliyin bitdiyini təsdiq edən ayrıca sənəd də tərtib olunmalıdır. Hətta “WhatsApp” yazışmaları kimi əlavə sübutlar da gələcəkdə məhkəmədə faydalı ola bilər. Mülki işlərdə sübut etmə yükü tərəflərin üzərinə düşür. Buna görə də insanlar çalışmalıdır ki, əllərində sübutlar olsun. Əgər rəsmi sənədlər yoxdursa, ən azı qeyri-rəsmi də olsa, sübut bazası formalaşdırılmalıdır”.
Qısası, əgər sənədsiz evi borc qarşılığında alırsınızsa və ya avtomobili yalnız etibarnamə ilə idarə edirsinizsə, hər an həmin əmlakı itirə bilərsiniz. Belə risklərdən qorunmaq üçün hər bir ödənişi və razılaşmanı sənədləşdirmək, hətta mesajları belə sübut kimi saxlamaq lazımdır.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2026 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri