Icma.az
close
up
RU
Bakıdakı kirayə evlərlə bağlı VACİB XƏBƏR

Bakıdakı kirayə evlərlə bağlı VACİB XƏBƏR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Yay mövsümünə sayılı həftələr qaldıqca Bakıda kirayə bazarı ilə bağlı suallar da artır. Vətəndaşları ən çox düşündürən məqamisə qiymətlərin yenidən bahalaşıb-bahalaşmayacağıdır.  Xüsusilə ev axtaranlar və kirayədə yaşayan ailələr indidən bazardakı dəyişiklikləri diqqətlə izləyir.

Bəs bu yay Bakıda kirayə qiymətləri necə dəyişəcək və ən çox tələb olan ərazilər hansılar olacaq?

Mövzu ilə bağlı “Yeni Sabah” a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hər il avqustun sonundan sentyabrın sonuna qədər kirayə bazarında ciddi sıxlıq yaranır: Pepperoni pizza

“Adətən, avqustun sonundan sentyabrın sonuna qədər kirayə bazarında ciddi çətinlik yaranır. Xüsusilə 700-800 manata qədər olan mənzilləri tapmaq çətinləşir. Bakı şəhərinin mərkəzi hissələrində, metro yaxınlığında, əsas yol kənarlarında, hətta paytaxtətrafı qəsəbələrdə belə münasib qiymətə ev tapmaq problemə çevrilir.

Son illər bəzi tələbələr həmin problemlə qarşılaşmamaq üçün yay aylarında da kirayədə qaldıqları mənzili saxlayırlar. Çünki avqust-sentyabr aylarında eyni evi yenidən 15-30 faiz daha baha qiymətə kirayələmək məcburiyyətində qalırlar”.

Onun sözlərinə görə, yay mövsümündə bağ evlərinə tələbat da artır:

“Pandemiyadan sonra xüsusilə 2021-ci ildən etibarən bağ evləri bazarı xeyli genişlənib. Son illərdə Rusiyadan və digər ölkələrdən gələn turistlərin sayının artması dənizkənarı ərazilərdə kirayə qiymətlərinə də təsir edib. Hazırda həmin istiqamətdə həm tələbat, həm də təklif artır.

Ev sahibləri çalışırlar ki, mənzilləri daha cəlbedici və likvid olsun. Buna görə də əlavə şərait yaradılır və nəticədə qiymətlər yüksəlir”.

Ekspertin fikrincə, yaxın illərdə kirayə qiymətlərində ciddi ucuzlaşma gözlənilmir:

“Son 10 ildə həyata keçirilən pilot layihələr nəticəsində şəhərin mərkəzi hissəsində yerləşən köhnə yaşayış binalarının sayı azalıb. Sovetski, Kubinka və digər ərazilərdə aparılan söküntülər ucuz kirayə mənzillərin həcmini aşağı salıb.

Tikinti şirkətlərinə kütləvi şəkildə icazələrin verilməməsi bazarda yeni mənzil təklifini azaldır. Son 10 ildə inşaat həcmi təxminən 8 dəfə azalıb. Mənzil satış qiymətləri ən azı 30-40 faiz aşağı düşməlidir ki, bu da kirayə bazarına təsir etsin. Hazırkı vəziyyətdə isə bunun yaxın 2-3 ildə baş verməsi real görünmür”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 May 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri