Bakıdakı tədbir təxirə salındı Səbəb
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ümumdünya Antidopinq Agentliyi (WADA) 18-19 martda Bakıda keçirilməsi planlaşdırılan Avropa üzrə Regional Simpoziumu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb.
Bu barədə Globalinfo.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.
Simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verib.
WADA açıqlamasında ev sahibləri – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 Mart 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















