Bakıdakı bu stadion bağlanır Səbəb
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.
Axar.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev Hesabat Konfransında deyib.
Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.
O, həmçinin qeyd edib ki, "Karvan-Yevlax"ın stadionu da müasir standartlara uyğunlaşdırılacaq:
"Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionunun kompleksində uşaq futbolu üçün mərkəz təsis ediləcək və maydan etibarən orada təmir işlərinə başlanılacaq".
Baş katibin sözlərinə görə, yerli futbolçulara şans verən klublar üçün xüsusi təşviq proqramı yaradılıb:
"Legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox meydan verən klublar arasında bölünəcək. Bu il həmin məbləğ təxminən 2 milyon manat təşkil edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















