Icma.az
close
up
RU
Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir AÇIQLAMA

Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir AÇIQLAMA

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

"Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir" – AÇIQLAMA

Bakı sakinləri tıxaclarla bağlı narazılıqlarını tez-tez dilə gətirir. Belə ki, tıxaclar artıq o həddə çatıb ki, artıq "pik saat" deyilən bir anlayış qalmayıb. Artıq paytaxtın hər saatı tıxacdan ibarətdir.

Bəs görəsən tıxaclar niyə artıb və problemin həlli yolu nədir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Sonxeber.az – a açıqlama verib:

"Tıxacların artmasının əsas səbəbi odur ki, Bakıda avtomobilləşmə çox sürətlə gedir. İmkanı çatan hər kəs bu fürsəti qaçırmır və maşın alır. Düzdür, müxtəlif səbəblər ola bilər. Amma nəticə yaxşı deyil. Avtomobilləşmənin bu formada davam etməsi problemlər, tıxaclar yaradır. Artıq tıxacın pik saatı yoxdur. Belə bir anlayış qalmayıb. Günün hər saatı tıxac var. Artıq aidiyyati qurumlar vəziyyətdən qurtulmağın yollarını axtarır. Bunun da əsas yolu ictimai nəqliyyatı inkişaf etdirmək, yeni nəqliyyat vasitələri yaratmaq və ən əsası bölgələri inkişaf etdirməkdir. Bu gün bölgələrdə ayağı yer tutan Bakıya gəlir. Bunun səbəbi işsizlikdir. Əlbəttə sadəcə şəhər həyatı arzulayaraq Bakıya gələnlər də var. Amma, əksər insanlar maddi ehtiyaclar ucbatından yurd-yuvalarından didərgin düşüb şəhərə üz tuturlar. Bakının tıxac probleminin kökü bölgələrdir. Buna görə də bölgələrdə inkişaf lazımdır. yeni iş yerləri açılmalı, yaşayış səviyyəsi yaxşılaşdırılmalıdır. Mən bir çox ölkələrin təcrübələrinə nəzər yetirirəm, məsələn qardaş Türkiyədə, Gürcüstanda ən ucqar kəndlər belə inkişaf edib. Əyləncə mərkəzindən tutmuş, istirahət mərkəzinə qədər hərşey var. Ən əsası potensiallı iş yerləri var. Bizdə isə yanaşma fərqlidir. Bölgələrdə insanlar hesab edir ki, hamı mal-qara saxlamalıdır. Amma bu belə deyil. Bu fəlsəfə düzgün qurulmayıb. Yanaşma dəyişməli, iş yerlərinin açılması məsələsinə geniş aspektdən baxılmalıdır. Bakıdakı tıxac probleminin yeganə həll yolu bölgələri inkişaf etdirməkdir".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri