Icma.az
close
up
RU
Bakıdakı tıxacların ən başlıca səbəbi bu imiş… KONKRET

Bakıdakı tıxacların ən başlıca səbəbi bu imiş… KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər gün üzləşdiyimiz tıxac problemi hələ də öz həllini tapmayıb. Bəzən saatlarla hərəkətin iflic olması insanların əsəblərini tarıma çəkir və xeyli çətinliklər yaradır. Bəzi mütəxəssislər hesab edirlər ki, tıxaclara səbəb paytaxt yollarının dar, avtomobillərin sayının həddindən artıq çox olmasıdır. Bəs son vaxtlar avtobus və velosiped zolaqlarının hərəkətə hansı təsiri var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıda avtobus və velosiped zolaqları şəhər mühitində mobilliyin təmin edilməsi üçün çəkilib:

“Dünyada şəhər mobilliyi deyilən yeni konsepsiya var. Bu, o deməkdir ki, ərazidə bütün insanlar üçün hərəkət sərbəst olmalıdır. Bu baxımdan ictimai nəqliyyatın avtobus seqmenti prioritet kimi götürülür. Həmçinin digər nəqliyyat vasitələrindən istifadə edənlər üçün də şərait yaradılır. Bakı şəhərində də bu məqsədlə velosiped zolaqları çəkilib. Bakıda tıxacların yaranmasının səbəbləri çoxdur. Sadəcə biz bunu avtomobil və əhalinin çoxluğu ilə izah edə bilmərik. Bakıdan çox əhalisi, artıq avtomobili olan şəhərlər var. Amma orada bizim şəhərdəki kimi tıxac müşahidə edilmir. Tıxacların yaranmasına çoxlu səbəb var. Başlıca səbəb odur ki, bizdə əsasən yollar bağlananda bu tıxaclar baş verir. Həmçinin bu problem yol infrastrukturunun əlverişli olmaması ilə də əlaqələndirilə bilər. Dar boğazlar, butulka effekti yaradan yollarımız həddindən artıq çoxdur. Və bu tıxac problemini həll etmək üçün dövlət proqramına müəyyən bəndlər əlavə edilib. Bu, 2025-2030-cu illər ərzində Bakı və ətraf ərazilərdə nəqliyyat inftastrukturunun yaxşılaşdırılması və təkmilləşdirilməsi ilə bağlı proqramdır. O proqramda göstərilir ki, Bakı şəhəri və ətraf ərazilərdə hərəkərtin sərbəst təmin edilməsi üçün yeni yolların, yol qovuşaqlarının, tunel, körpülərinin tikintisi aparılacaq. Həmçinin dar boğazlar söküləcək və yenidən inşa edikləcək”.

Ekspertin sözlərinə görə, əvvəlki illərdə belə problemlər mövcud idi:

“Daha sonra ictiamiyyətin fikri nəzərə alınmaqla problemlər yavaş-yavaş aradan qaldırılır. Avtobus zolaqlarına giriş-çıxış məsələləri həll edilir. Hardasa avtobus zolağı çəkilmişdisə, orada yenidən dəyişikliklər həyata keçirilir. Velosiped zolaqları əvvələr piyada səkiləri üzərində mövcud idi. Daha sonra belə qərara gəlindi ki, velosiped zolaqları avtomobil yolunun sağ zolağında olsun. Bu doğru qərar idi. Avtobus və velosiped zolağının məsələsində xüsusi beynəlxalq standart mövcud deyil. Bunu hər bir şəhər öz mühitinə, infrastrukturuna uyğun həyata keçirir. Bu zolaqların çəkilməsi ilə nəqliyyatın sərbəst hərəkətinin təmin edlməsi məsələsi bitmir. Çünki qarşıda hələ tramvay xəttlərinin çəkilməsi, yol infrastrukturunun dəyişdirilməsi məsələləri var. Bununla bağlı ola bilər ki, gələcəkdə yenə müəyyən dəyişikliklər edilsin. Əsas məqsəd odur ki, insanlar sərbəst hərəkət etsin. Bizim də müvafiq qurumlarla görüşlərimizdə təkliflərimiz ondan ibarətdir ki, şəhər mühitində hərəkət hamı üçün sərbəst olmalıdır. Ümid edirik ki, yeni dövlət proqramında həmin müddəlar həyata keçiriləcək”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri