Icma.az
close
up
RU
Bakıda dəhşətli tıxacların SƏBƏBİ BU İMİŞ... AÇIQLAMA

Bakıda dəhşətli tıxacların SƏBƏBİ BU İMİŞ... AÇIQLAMA

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bir qədər müqayisə etmək düzgün olmasa da, Tiflis ilə Bakının yol infrastrukturu baxımından vəziyyəti fərqlidir. Tiflis infrastruktur, genişlik, səliqəlilik və həll yolları baxımından Bakıdan geri qalmasa da, hər iki şəhərin özünəməxsus problemləri var".  

Bu sözləri "Yeni Sabah"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib. O bildirib ki, Bakı və Tbilisi arasında nəqliyyat baxımından müxtəlif fərqlər mövcuddur:

"Bizdə əsas fərq ondadır ki, yaxınlıqdan — xüsusilə də şəhər olaraq baxsaq — Sumqayıt və Xırdalandan hər gün yüz minlərlə avtomobil Bakıya doğru gəlir və axşam geri qayıdır. Söhbət gündə 200–300 min və ya daha çox avtomobildən gedir. Bu istiqamətdə hərəkət edən bütün yük Bakıdakı daxili nəqliyyata deyil, məhz Bakıətrafı şəhərlərə yönəlir. Orada yaşayanların Bakıya gəlib-qayıtması əsas məsələlərdəndir. Tiflisdə də bu problem mövcuddur, lakin orada fərqli cəhətlər də var.  Birincisi, Tiflis daha çox turist qəbul edir. Qeydiyyatda olan avtomobillərin nə qədərinin hərəkətdə olduğunu dəqiq bilmirik. Bizdə də qeydiyyatda olan minik avtomobilləri və nəqliyyat vasitələri çoxdur, lakin onların hamısı öz ərazisi üzrə hərəkət etmir. Bəziləri başqa yerdə qeydiyyatda olsa da, Bakıda yaşayır və sürülür. Buna görə də təkcə qeydiyyat rəqəmlərinə əsaslanmaq düzgün deyil".   Online alış-veriş

Ekspert vurğulayıb ki, əsas problem bütün tədbirlərin mərkəzdə olması və müəyyən istiqamətlərdə hər şeyin birdən nizamlanmasıdır:

"Əsas məsələ şimal tərəfdən gələn axındır. Cənub tərəfdən isə dəniz amili işimizi çətinləşdirir, çünki alternativ yollar azdır. Bir neçə prospekt birləşərək Bakının mərkəzinə doğru gəlir və orada sıxlıq effekt yaradır. Bakıda nizamlama və müəyyən tədbirlərlə əlaqədar məhdudlaşdırmalar olmayanda hər şey öz tempində normal gedir. Əsas problem bütün tədbirlərin mərkəzdə olması və müəyyən istiqamətlərdə hər şeyin birdən nizamlanmasıdır. Bakıda bir çox dövlət qurumları sovet dövründən mərkəzdə yerləşir. Əgər bu qurumlar kənara çıxarılarsa, mərkəzdən kənara doğru gediş-gəliş tənzimlənərsə, əlavə milyardlar xərcləyib yolları üç-dörd mərtəbəli etməyə ehtiyac qalmaz. Tiflis Bakı qədər turist qəbul etməsə də, orada müəyyən hallarda tədbirlər fərqli tənzimlənir. Orada turistlərin çox olması, həm də avtomobil satışı və digər amillər onu regional mərkəzə çevirir. Bizdə isə qeydiyyatda olan avtomobillərin hamısı hərəkətdə deyil, burada biznes faktorları da rol oynayır".  

Qeyd edək ki, Gürcüstanda 2 milyondan çox (2 010 195), Azərbaycanda isə 1,93 milyondan çox (1 934 598) avtomobil qeydiyyatdadır. Hər iki ölkədə avtomobil parkının əhəmiyyətli hissəsi paytaxtların payına düşür. Tbilisidə ölkə üzrə avtomobillərin təxminən yarısı (49%), Bakıda isə 10 avtomobildən 4-dən çoxu (41,6%) qeydiyyatdadır.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Noyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri