Icma.az
close
up
RU
Bakıdan Ağdama 4 saat 43 dəqiqəlik yol EKSPERT RƏYİ

Bakıdan Ağdama 4 saat 43 dəqiqəlik yol EKSPERT RƏYİ

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nəqliyyat eksperti hesab edir ki, vətəndaşların narahatlığı anlaşılandır 


Sürətli sahələri mərhələli artırmaqla səfərə sərf olunan zamanın azaldılması hədəf olmalıdır


Bakı-Ağdam qatarı yola çıxır. "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına görə, Bakı-Ağdam-Bakı marşrutu üzrə biletləri 27 avqustdan ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq. 

Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq. Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 manat təşkil edir. Məlumata əsasən, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır. Sevindirici məlumatda vətəndaşları narahat edən bəzi məsələlər də var. Məsələn, Bakıdan Ağdama sürət qatarının 4 saat 43 dəqiqəyə (geçikməsə əgər) çatması o qədər də yaxşı deyil. Bakıdan Tovuza qatar 5 saata çatır. Tovuz hara, Ağdam hara? Aradakı məsafəyə baxsaq, uzaq məsafələrə eyni vaxt ölçüsü təəccüblü görünür. Vətəndaşlar da irad tutur ki, bunun nəyi sürətli qatar oldu daha? Avtomobillə dayanmadan gedilsə, 3 saata çatmaq olar. Avtobusla da 5 saat, qatarla da!?. ADY mütləq nəzərə almalıdır ki, insanlar qatarla mənzil başına tez çatmağı hədəfləyir. Bir sözlə, vaxt itkisi aradan qaldırılmalıdır. Bunun iki yolu var; ya daha sürətli hərəkət edən qatarlar olmalıdır, hansı ki, avtobusdan daha tez çatacaq, ya da axşam qatarlarıdır ki, adam bilsin, yatacaq, səhər isə mənzil başındadır. Qatar reysinin həftədə 1 dəfə olması sa təəssüf doğurur. Bakıdan Berlinə həftədə 3 dəfə, Londona, demək olar, hər gün təyyarə reysləri həyata keçirilir. Ola bilsin, Ağdamda məskunlaşma yekunlaşmayıb, ona görə qatar reyslərinin sayı azdır, bəs Bərdə camaatı, onlar ki daimi məskunlaşanlardır. Həmçinin, Xankəndidə, Şuşada nə qədər tələbə, işləyən, yaşayan insanlar var. Heç olmasa, iki gündən bir olmalıdır reyslər. Vətəndaşlar hesab edir ki, həftədə 1 dəfə qatar reysi ölkədaxili mobilliyə xidmət etmir. Bu sürət qatarının sürəti də kifayət etmir mənzil başına daha tez çatmağa. 


Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə hesab edir ki, vətəndaşların qaldırdığı məsələlər zamanla həllini tapacaq: 

- İndilik arzularımız ağ günə çıxır. Ağdama qatarla səfərlər başlayır. "AZCON Holding" şirkətlərindən olan ADY 30 avqustdan etibarən Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə start verir. Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək. Vətəndaşların narahatlığı anlaşılandır. Amma bu məsələlər zamanla həll olunacaq. Gecə qatarları birmənalı bərpa olunmalıdır, həm də müxtəlif istiqamətlərə. Bakıdan Ağdama qatar 4 saat 43 dəqiqəyə çatacaq. Əlbəttə, sürətli sahələri mərhələli artırmaqla səfərə sərf olunan zamanın azaldılması hədəf olmalıdır. Yolla bağlı məsələlər var. Müəyyən sahələrdə sürət məhdudiyyəti var, zamanla sürət artıb səfər müddəti azalacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri