Icma.az
close
up
RU
Bakıdan Ağdama 32 il sonra...

Bakıdan Ağdama 32 il sonra...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünən “Azərbaycan Dəmir Yolları”nın (ADY) paytaxtdan yola düşən Bakı –Ağdam – Bakı marşrutu üzrə ilk sərnişin qatarı Ağdama çatıb. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət və media nümayəndələri və digər qonaqlar olub. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində bu tarixi hadisəyə həsr olunan tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən danışıb.

ADY-nin sədr müavini Nicat Quliyev azad olunmuş torpaqlara müntəzəm qatar səfərlərinin keçmiş məcburi köçkünlərin Ağdama qayıdışına, ümumilikdə, Böyük Qayıdışa töhfə verəcəyini bildirib. Qeyd edib ki, Bakı – Ağdam – Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial – iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə dəstək verəcək.

N.Quliyev daha sonra vurğulayıb ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi, bu gün Bakı-Ağdam dəmir yolu xətti ilə sərnişin daşımalarına start verilməsi bu şəhərdə yeni həyatın göstəricisidir. Bu reys isə Bərdə – Ağdam layihəsi çərçivəsində reallaşıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində ilk dəfə olaraq qapalı platformadan istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu platformanın uzunluğu 350 metrdir. İşğaldan azad olunmuş ərazilərdə bu marşrutun davamı olaraq Ağdam – Xankəndi layihəsi də həyata keçirilir. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşasının 2026-cı ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Mərasim çərçivəsində Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri 32 il sonra qatarla doğma yurda qayıtmağın sevincini, ilk səfərin təəssüratlarını və xatirələrini bölüşüb, 1993-cü ildə işğal nəticəsində dayandırılmış bu reysin bərpasının Ağdam, ümumilikdə, Qarabağ üçün əhəmiyyətindən danışıblar.

Sonra azad olunmuş ərazilərin bərpası çərçivəsində Prezident İlham Əliyev tərəfindən 10 mayda, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə açılışı edilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, Bakı – Ağdam – Bakı qatarı hər şənbə günü saat 07:10-da Bakıdan Ağdama və 18:20-də Ağdamdan Bakıya yola düşür. Komfortlu səfərlərin təşkili məqsədilə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi avtomatik təmin olunur. Səfərlər İsveçrənin “Stadler” şirkətinin istehsalı olan müasir “FLIRT” qatarı ilə həyata keçirilir.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı – Xankəndi – Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı – Ağdam – Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 kilometr olan məsafə 8 saat yarıma qət edilirdi.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri