Icma.az
close
up
RU
Bakıdan başqa Azərbaycanın heç bir yerində zibil zavodları yoxdur MÜNASİBƏT BİLDİRİLDİ

Bakıdan başqa Azərbaycanın heç bir yerində zibil zavodları yoxdur MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ölkəmizdə rəsmi şəkildə müəyyən dəyişikliklər edildikdən sonra insanlar əllərində olan zibilləri, siqaret kötüklərini atmaq üçün tez-tez zibil qutuları axtarırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, şəhərin mərkəzində və şəhər mərkəzinə yaxın yerlərdə müəyyən məsafəni gözləmək şərtilə zibil qutuları var: "Amma paytaxtın kənar hissələrində zibil yeşikləri ümumiyyətlə, problemə çevrilib. Hələ də bəzi yerlərdə məişət tullantıları olan zibil qutularının yandırılması ilə rastlaşırıq. Hələ də bazar, ticarət mərkəzləri, supermarketlərin qıraqlarında çeşidləməmiş zibillərin kiçik məişət tullantıları üçün ayrılmış qablara atılmasının şahidi oluruq. Əgər vətəndaş zibili yerə atırsa, zibil qutusu tapa bilmirsə, zibil qutuları arasındakı məsafə çox uzaqdırsa, yerə atdığı zibillə görə iri məbləğdə cərimələnirsə, öz dərdini kimə söyləməlidir? Amma ümumi götürəndə vətəndaşlarımızın özündə də çox məsuliyyətsizlik var. Zibili yerə, hətta yaşayış binasından belə yerə atmaq kimi problemlər hələ də öz aktuallığını saxlayıb. Zibillər yandırılır, çeşidlənmədən atılır. Qanunvericilikdə dəyişiklik olubsa, qanunvericiliyin tələblərinə uyğun olaraq hər yerdə zibil qutuları olmalıdır. Bakı kimi yarımsəhra yerdə, Azərbaycan kimi isti bir məkanda zibili yerə atmaq özü bir cinayətdir. Çünki günəş, xəstəliklər, pandemiya, ekologiyanın korlanması və sair hallar, sənaye, məişət tullantıları hələ də ölkəmizdə aktualdır. Əgər bilsək ki, zibili yerə atmaqla nə qədər böyük cinayət etmiş oluruq, bəlkə də, bunu etmərik.

Uzun illər, bu gün də maarifçilik işləri aparılıb, mətbuat bu barədə ekspertlərin rəylərini bölüşüblər. Xarici ölkələrə gedəndə təmiz küçələrdən danışırıq, amma öz məhlələrimizə baxın. Vaxt var idi ki, "şəhəri zibilləməyin" adlı sosial layihə var idi. Çox gözəl sosial layihə idi. Biz hələ də bilmirik ki, məişətdə istifadə olunan bir çox cihazlarını eyni zibil qabına atmaq olmaz. Hələ də anlamırıq ki, tibbdə istifadə olunan şprislər, sarğı, dərmanları məişət tullantıları olan zibil qutularına atmaq olmaz. Bu yöndə maariflənmək lazımdır. Eyni zamanda məsuliyyət daşıyan vəzifəli şəxslər, əlavə qurumların nümayəndələri inzibati məsuliyyətə, bəzən isə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Zibillər çeşidlənmir, yandırılır. Yalnız zibil qutularının çatışmazlığı problem deyil, Azərbaycan bütün dünyada olduğu kimi böyük problemlə üzləşib. Bakıdan başqa Azərbaycanın heç bir yerində zibil zavodları, zibil emal edən zavodlarımız yoxdur. Halbuki, Balaxanı sənaye məhəlləsi, oradakı zibil çeşidləmə zavodu istehsal etdiyi məhsullar bir daha sübut edir ki, bu, böyük sahədir".

"Bu sahəni bir az özəlləşdirməyə buraxmaq lazımdır. Mən inanıram ki, iş adamları həm zibil daşınması, həm zibil qutularının qoyulması, çeşidlənməsi, ondan istifadə etmək haqlarını alsalar, Amerika və digər ölkələrdə olduğu kimi böyük həvəs göstərəcəklər, yeni iş yerləri yaranacaq və şəhərimiz də təmiz olacaq.

Məsuliyyət isə dövlət qurumları ilə yanaşı həm də vətəndaşların üzərinə düşür. Biz uşaq bağçasından iş yerlərinə qədər ancaq maarifləndirmə ilə insanları dəyişməliyik. Zibil qutuları olmasa da, vətəndaş zibili paketə yığıb yaxınlıqdakı zibil qutularına ata bilər. Bu zəmanə, ölkə, paytaxt bizimdir. Öz simamızı təmiz saxlamaq üçün bütün şəhəri də təmiz saxlamalıyıq" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri