Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Bakıdan dünyaya ismarıc, İrəvana isə xəbərdarlıq

Bakıdan dünyaya ismarıc, İrəvana isə xəbərdarlıq

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sülh sazişinin imzalanması Azərbaycanın legitim şərtlərinin qəbul edilməsindən keçir

“Əgər Ermənistan, doğrudan da, sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir”. Prezident İlham Əliyev bu sözləri ölkəmizdə rəsmi səfərdə olan almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan–Ermənistan sülh prosesi barədə məlumatlandırarkən deyib.

Əslində, təkcə Almaniya Prezidentinin deyil, ermənipərəst “kollektiv Qərb”in diqqətinə çatdırılan bu ismarıc İrəvana son xəbərdarlıq kimi qəbul edilməlidir. Rəsmi Bakının sülh sazişinə əlavə olaraq irəli sürdüyü, beynəlxalq hüquqa əsaslanan hamıya məlum legitim şərtlərini qarşı tərəf bir ildən çoxdur ki, özünə sərfəli formada interpretasiya etməklə məşğuldur. Bu zaman Paşinyan komandası üzvlərinin fərqli, bəzən bir-birini təkzib edən, ikibaşlı şərh və açıqlamalarını da az eşitməmişik.

Görünən odur ki, Ermənistanda Azərbaycanın irəli sürdüyü hüquqi və məntiqi tələblərin qəbul edilməsi haylar üçün ağrılı prosesə çevrilib. Ən böyük problem də elə bundan ibarətdir. Müstəqil qərarlar qəbul etməkdən, siyasi iradə sahibi olmaqdan məhrum edilmiş rəsmi İrəvan problemi tipik erməni düşüncə tərzinə, daha doğrusu, hay xəstəliyinə uyğun şəkildə “həll etməyə” çalışır.

Son beş ildə Ermənistan isteblişmentinin riyakarlıq maskasının altında daha hansı sifətləri görmədik? Obyektivlikdən və səmimiyyətdən uzaq, özünü saldığı avantürizm burulğanında çapalayan, hadisələrin dialektik səbəb-nəticə əlaqələrini itirmiş bir toplumla üz-üzəyik. 30 ilin təcrübəsi həm də onu göstərdi ki, bu qövmün anladığı yalnız bir dil var. O da gücün dilidir. Amma ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycan gücün deyil, ədalətli sülhün tərəfdarıdır.

* * *

Yəqin Bakıya ilk səfərini İrəvanın üzərindən salmış Almaniya Prezidenti Frank-Valter Ştaynmayerdə burada eşitdiklərindən ermənilər barədə yeni qənaətlər yaranacaq. Həmkarını Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdığını bildirən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycanın və şəxsən özünün sülh danışıqlarının başlanmasının təşəbbüskarı olduğunu V.Ştaynmayerin nəzərinə çatdırdığını vurğuladı. “O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürmüşdü. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, – deyən Azərbaycan Prezidenti almaniyalı həmkarına 2024-cü ilin yanvarına qədər Ermənistanın təkidlə sülh müqaviləsinə salmaq istədiyi “Dağlıq Qarabağ respublikasının” yoxluğundan, bunun ancaq Ermənistanın xülyalarında mövcud olmasından, indi sadəcə, Azərbaycanın Qarabağ iqtisadi bölgəsinin varlığından danışıb.

Mətbuat üçün açılqamasında daha sonra Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Bakının şərtlərindən danışan dövlət başçımız bu günə qədər 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətninin tam razılaşdırıldığını xatırlatdı: “Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Həmin şərtlər nədən ibarətdir? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir”.

İkinci məsələnin Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının öz əksini tapdığı müddəalarla bağlı olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev konstitusiyada Ermənistanın müstəqillik aktına istinada toxunub: “O istinad konstitusiyanın tərkib hissəsidir. Orada Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşdirilməsi haqqında müddəa var. Bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan, doğrudan da, sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Azərbaycana, ümumiyyətlə, Qafqaza ilk dəfə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iki ölkə arasında sülhü müşayiət edən bu incəliklərdən nə dərəcədə məlumatlı olduğunu deyə bilmərik, amma Azərbaycan liderinin beynəlxalq hüquqa, tarixi ədalətə və siyasi məntiqə söykənən əsaslandırmaları ilə razılaşdığına şübhə etməyə bilərik.

* * *

Jurnalistlər qarşısında çıxış edən Almaniya Prezidenti Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti olduğunu bildirdi. Son bir il ərzində bu istiqamətdə atılan uğurlu addımlar və əldə olunan müsbət irəliləyişlər münasibətilə dövlətimizin başçısını təbrik edən Frank-Valter Ştaynmayer bunları dedi: “Razılaşmanın əldə olunması ilə bağlı həlledici an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda həqiqi və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm”.

Almaniya Prezidenti mətbuat konfransında, həmçinin ölkəsinin bu prosesə lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Onun bu fikirlərini isə münaqişənin mahiyyətindən, onun tarixi köklərindən və mövcud reallıqdan xəbərdar olmasının göstəricisi kimi qəbul edə bilərik: “Qarabağ Azərbaycandır. Bu, rəsmi Berlinin birbaşa və aydın mövqeyidir. Biz həmişə demişik ki, Qarabağ Azərbaycan ərazisidir və bu gün Almaniyanın bu mövqeyini təsdiqləyirik”. F.Ştaynmayer bu təsdiq və etirafı jurnalistin 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistana qarşı niyə heç bir tədbir görülmədiyinə dair sualına cavab verərkən bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin bu dəfə Bakıdan dünyaya ünvanladığı mesajlar xaricdəki haypərəst qüvvələri düşünməyə vadar etməli, İrəvanı isə son şansından düzgün yararlanmağa yönəltməlidir. Ermənistan hakimiyyəti həm də hamıya məlum həqiqətləri təhrif etmək mərhələsinin arxada qaldığı məntiqi ilə barışmalıdır.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq:

– Prezident İlham Əliyev almaniyalı həmkarı ilə birgə mətbuat konfransında Azərbaycanın sülh müqaviləsinə şərtlərini qeyd etməklə yanaşı, onu da bildirdi ki, Ermənistan rəhbərliyi bu barədə xəbərdardır. Yəni Bakı bu şərtləri aylarla deyil, illərlə təkrar edir. Bəli, artıq sülh sazişinin mətnini hər iki tərəf razılaşdırıb. Deməli, bunu sülh prosesində irəli atılan addım kimi qəbul edə bilərik. Bakının şərtləri hamıya məlumdur. Bunlardan biri ATƏT-in Minsk qrupunun buraxılması təklifidir. Bəzi dairələr bu təklifi simvolik addım, hətta texniki məsələ kimi qiymətləndirirlər. Amma heç də elə deyil. Almaniya Prezidentinin rəsmi saytında keçmiş separatçı rejimin bayrağının sərgilənməsi, dövlət telekanalında ermənipərəst filmin nümayişi, Avropanın bir sıra ölkələrinin parlamentlərində birtərəfli, ermənipərəst bəyanatların səslənməsi, qətnamələrin qəbul edilməsi, hansısa dinləmələrin keçirilməsi Azərbaycanın Minsk qrupunun buraxılması ilə bağlı təklifinin heç də simvolik və texniki xarakter daşımadığını bir daha nümayiş etdirir. Bu, çox ciddi prosesdir. Çünki ATƏT-də keçiriləcək səsvermədə üzv dövlətlər öz mövqelərini ortaya qoymalıdırlar. Bu qurumda isə konsensus qaydası mövcuddur və bir ölkənin etirazı qərarın qəbul edilməməsi deməkdir. 1996-cı ildə Lissabon Sammitində bunun şahidi olmuşuq. Hətta Ermənistan məlum qərarın lehinə səs versə belə, erməni diasporunun təsiri altında olan başqa ölkələr veto hüququndan yararlana bilərlər. Bakı buna görə Minsk qrupunun məhz sülh sazişinə qədər buraxılmasında israrlıdır. İkinci şərt konstitusiyadan məlum müddəaların çıxarılmasıdır. Bu isə Ermənistanın daxili işidir və bunu icra etməlidir.

Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı:

– Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması o demək deyil ki, müqavilə qısa müddətdə imzalana bilər. Çünki Azərbaycanın sülh sazişində yer almayan əlavə iki tələbi vardır ki, onlar mütləq yerinə yetirilməlidir. Birincisi, ATƏT-in Minsk qrupunun birgə müraciətlə ləğvi, ikincisi isə Ermənistan konstitusiyasında zəruri dəyişikliklərin edilməsidir. İlk baxışda Nikol Paşinyanın bu iki tələbin yerinə yetirilməsinə müsbət yanaşdığı hiss olunur. Onun sülh sazişi imzalanandan sonra Minsk qrupunun xidmətindən imtina edə biləcəyi barədə açıqlamaları var. Konstitusiyada dəyişikliklərə gəldikdə isə Ermənistan baş naziri bunu iki il ərzində həyata keçirəcəyini bildirib. Ona eyham vurur ki, Müstəqillik bəyannaməsinin preambula hissəsindən Bakının dediyi müddəa çıxarılacaq.

Bu gün Azərbaycana Ermənistan hakimiyyətinin proqnoz və ehtimalları deyil, real addımları lazımdır. Bəlkə Paşinyan qarşıdakı iki ildə hakimiyyətdə qalmayacaq, onu devirəcəklər. Bəs, əgər Paşinyan gələn ilki parlament seçkilərində məğlub olarsa, onun yerinə gələnin bu şərtləri yerinə yetirəcəyinə təminat varmı? Cavab havadan asılı vəziyyətdədir. Cənab Prezidentin dediyi kimi, əgər İrəvan tez bir zamanda sülh sazişini imzalamaq istəyirsə, bu iki real addımı atmalıdır. Ondan sonra sülh sazişinin imzalanması asanlaşacaq. Yəni ortada başqa bir maneə qalmayacaq. Bakı sülhü İrəvandan da çox istəyir. Amma bu iki məsələnin həlli uzanacaqsa, əlbəttə ki, sülh sazişinin imzalanması da problem olaraq qalacaq.

İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri