Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

Bakıdan İrəvana Yeni il ismarışı Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!

Bakıdan İrəvana Yeni il ismarışı Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını daha bir il ləngitdi. Bakı və Ankaranın İrəvana, erməni xalqına uzatdığı barışıq əli 2024-cü ildə də havada qaldı.

Doğrudur, ötən il tərəflər arasında sülh sənədinin mətni üzrə fasilələrlə davam edən danışıqlar, layihənin diplomatik məktublaşma yolu ilə intensiv müzakirəsi davam etdi, konkret nəticələr də var. Məsələn, ilsonu məlum oldu ki, sülh müqaviləsinin preambula hissəsi və 17 bənddən 15-i artıq razılaşdırılıb.

Həmçinin keçən ilk dəfə sərhədin dinc demarkasiyası baş tutdu, 4 kəndimiz qaytarıldı, sərhədlərin demarkasiyası üzrə ortaq əsasnamə təsdiqləndi. Ancaq əfsus ki, böyük sülh anlaşmasının baş tutmasına əsas əngəl aradan qalxmadı. Əlbəttə ki, söhbət qonşu ölkə konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası ilə bağlı müddəadan gedir.

Rəsmi Bakı ən əvvəl bunu, bir də ATƏT-in Minsk Qrupunun ləğvini İrəvan qarşısında tələb-şərt kimi irəli sürür. Əslində bu, Azərbaycandan çox, beynəlxalq hüququn elementar şərt-tələbidir. Ermənistan əksini iddia eləsə də...

Aydındır ki, əsas şərt-tələb yerinə yetirilmədən nə sülh sənədi imzalanacaq, nə də iki ölkə arasında diplomatik əlaqələrin qurulması mümkün olacaq. Heç bir dövlət onun ərazisinə konstitusion torpaq iddiası olan qonşu dövlətdə səfirlik açmaz.

Bu aksiomdur və onu kapitulyant tərəf nə qədər tez anlasa, bir o qədər təcriddən tez qurtulub inkişafa və sabitlik yoluna üz tutar, təcriddən qurtular. Çünki qonşu Türkiyə də bizimlə eyni mövqedədir və bu mövqe təzə ildə də dəyişməz qalacaq. Qısası, möcüzə baş verməyəcək.

Zaman-zaman yazmışdıq, ermənilər üçün yada salmaqda fayda var. Bakı və Ankaranın uzatdığı barışıq əli havada sonsuzadək qalmayacaq və əgər qarşı tərəf özünü ağıllı aparmazsa, günün birində, lap elə 2025-də, yəni İlan ilində o, yumruğa da çevrilə bilər - növbəti “dəmir yumruğ”a!

Ermənistanın sürətlə silahlanması və hücum silahları almasını nəzərdə tuturuq. Nə barədə ki, Prezident İlham Əliyev ötən gecə xalqa Yeni il müraciətində İrəvanı bir daha xəbərdar edib.

Sitat: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”...

Dünən baş naziri Nikol Paşinyan da öz soydaşlarına müraciət edib - hakimiyyətdə olduğu müddətdə 7-ci dəfə. Təqdirəlayiqdir ki, müraciətində o, Qarabağdan, uydurma “artsax”dan, erməni köçkünlərin Qarabağa qayıdış zəruriliyindən söz açmayıb. Müraciətini müstəsna olaraq, öz xalqını “29.743 min kv km-lik real Ermənistan”a inandırmaq tezisləri üzərində qurub.

Təəssüf ki, əməldə N.Paşinyan ziddiyyətli mövqeyini davam etdirir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını deyib durur. Amma ötən ilki çıxışlarının birində o, Ermənistan konstitusiyasını Ermənistana təhlükəsizliyinə ən böyük təhdid adlandırmışdı. 

İndi bunu necə başa düşək? Nikol Vovayeviç ölkəmizə qarşı konstitusion ərazi iddiasının mövcudluğunu etiraf edir ya yox. Etmirsə, onda “real Ermənistan” nağılı nəyə gərək?.. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see215

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see201

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see181

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see157

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see145

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see132

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see131

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see129

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see127

Ermənistana silah satan Hindistan ABŞ dan silah alır

20 Noyabr 2025 16:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri