Bakıdan maşın almaq istədi, aldadıldı VİDEO
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elan saytındakı avtomobili almaq istəyən şəxsin verdiyi beh batıb. Üstəlik həmin avtomobili satan şəxs onun sənədlərini saxtlaşadıraraq başqalarını da aldatmağa başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu iddiaları Gədəbəy sakini Arslan Yeqilyayev səsləndirib. Onun sözlərinə görə, uzun illərdir Rusiyada işləyib yaşayır. Amma birdəfəlik Azərbaycana qayıtmaq istədiyindən, buradan özünə avtomobil almaq qərarına gəlib. Elan saytından avtomobil seçən şəxsin sonradan başına belə hadisələr gəlib.
Arslan Yeqilyayev elan saytındakı avtomobillərdən birini bəyənib. Satıcı ilə razılığa gəldikdən sonra ona sənədlərini və beh göndərib. Satıcı Azayev Asif isə alıcıda inam yaratmaq üçün şəxsiyyət vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsini göndərib və maşının ona məxsus olduğunu bildirib.
Arslanın dediyinə görə, dələduz bununla kifayətlənməyib. Onun sənədlərini saxtalaşdıraraq yeni qurbanlar axtarmağa başlayıb. Zərərçəkmiş isə təsadüfən "TikTok"da öz saxta sənədlərinə rast gəlib.
Məlum olub ki, həmin şəxs artıq başqa insanlardan da pul alıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı xezerxeber.az-a istinadla təqdim edirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Sentyabr 2025 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















