Icma.az
close
up
RU
Bakıdan Moskvaya ultimatum VİDEO

Bakıdan Moskvaya ultimatum VİDEO

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəsmi Bakı Azərbaycana qarşı şərh, böhtan, təhqir və hədə kampaniyanın birbaşa Kremldən idarə olunduğunu çox gözəl bilir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının fevralın 9-da efirə gedən buraxılışında bildirilib.

Verilişdə "Azərbaycan Hava Yolları"na məxsus “Embraer-190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan araşdırmaya dair ilkin hesabata toxunulub:

"Birincisi, .“Embraer-190” sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tamamilə yararlı vəziyyətdə olub.

İkincisi, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb.

Üçüncüsü, təyyarə Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

Dördüncüsü, hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində 2-ci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib və bu zaman Qroznı üzərində 24 saniyə aralıqla 2 dəfə kənar səsin gəlmə faktı qeydə alınıb.

Beşincisi, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirib.

Daha sonra, araşdırma prosesi müəyyənləşdirib ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələr var. Zədələr təyyarə füzelyajının arxa hissəsində, xüsusilə, şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Ən vacibi isə odur ki, zədələrin məhz kənar obyektlərin təsiri nəticəsində formalaşdığı dəqiqləşib. Yəni Rusiya tərəfinin uydurduğu “təyyarə quşlarla toqquşub” kimi nağıllar öz təsdiqini tapmayıb. Hadisə məhz cinayət xarakterlidir və bunu sübut edən əhəmiyyətli detallardan biri də odur ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, saat 05:21:42-də, təxminən 8 dəqiqə sonra, əlaqələndirici dispetçer “Kovyor” əməliyyatı barədə Qoznıya məlumat verir. Başqa sözlə, təyyarənin atəşə tutulması “Kovyor” əməliyyatından öncəyə təsadüf edir ki, bu da Rusiyanın aidiyyati strukturlarının məsuliyyətsiz davrandıqlarını tam şəkildə təsdiqləyir".

Dövlət televiziyasının efirindən elan olunub ki, Azərbaycan tərəfinin günahkarları cəzalandırmaq, şəffaflıq və insani davranış tələb etmək üçün tam haqqı var: "Üstəlik, araşdırmalar da hələ davam edir və biz hələ ki, ilkin hesabatları almışıq. Çikaqo Konvensiyasına əsasən, 1 il ərzində yekun hesabat da hazırlanmalıdır. Amma və lakin... Düşünürük ki, elə ilkin hesabatlar da Rusiya tərəfinin Azərbaycan xalqından üzr istəməsi, kompensasiya ödəməsi, bir sözlə, üzərinə düşən məsuliyyəti yerinə yetirməsi üçün kifayət qədər əsas yaradır".

R.Məmmədov müəllifi olduğu "Həftə" verilişində vurğulayıb ki, əvəzində isə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, Rusiyanın müvafiq qurumları ilkin hesabatı diqqətlə öyrənəcək: "Üstəlik, Rusiya mediası da boş oturmur... Aqressiv davranış, nifrət, hədə, hətta təhqirlər... Və təbii ki, rəsmi Bakı bütün bu kampaniyanın birbaşa Kremldən idarə olunduğunu çox gözəıl bilir. Zatən birinci dəfə deyil ki... Elə 44 günlük Vətən müharibəsində Rusiya mediasının dırnaqarası “canfəşanlığını”, dezinformasiyalar tirajlamaqla Azərbaycan əleyhinə necə mübarizə apardıqlarını, əksinə, işğalçı Ermənistana necə haqq qazandırmağa çalışdıqlarını, studiyaya 6-7 erməni və cəmi 1 azərbaycanlı ekspert dəvət etməklə yenə də dırnaqarası “balans” qorumağa çalışdıqlarını, ermənilər söz tapmağa çətinlik çəkdikdə isə rusiyalı aparıcıların yuyulmamış çömçə kimi necə özlərini ortaya atmaqla ünvanımıza tənqid, təhqir, hədələr yağdırdıqların, konkret Vladimir Solovyovu, Artyom Şeynini, Olqa Skabeyevanı və digərlərini gördük(SON). Bir sözlə, heç nə dəyişməyib. İndi də, göz görə - görə, ortada bu qədər fakt ola – ola Rusiya mediası iddia edir ki, təyyarəyə dəyən qəlpələr “Pantsir” raketinə aid deyil. Hörmətli Rusiya başbilənləri, yaxud bu başbilənlərin əlaltısı olan Rusiya mediası, bir şeyi anlayın və nəhayət, qəbul edin ki, təyyarənin vurulması hadisəsi məhz Rusiya ərazisində olub və məhz ona görə də bu cinayətin məsuliyyəti məhz Rusiyanın üzərinə düşür. Odur ki, məhz Rusiya da baş verənlərə görə cavab verməlidir. Vəssəlam...

Lakin görünən odur ki, Rusiya tərəfi üzərinə düşən məsuliyyəti dərk etmək əvəzinə gah medianın dili ilə Azərbaycanı hədələyir, gah səfirimizi Xarici İşlər Nazirliyinə çağırır, gah öz ərazisində yaşayan azərbaycanlıları ən müxtəlif yollarla incidir və onların fəaliyyətinə qadağalar qoyur... Necə deyərlər, bir qədər gərginlik yaranan kimi ənənəvi metodlar işə salınır. Olsun... Amma onu da unutmayın ki, hər addımın iki başı olur. Rusiya hansı addımlar atacaqsa Azərbaycanın da cavabı adekvat olacaq. Necə ki, Rusiya səfəri də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, Azərbaycanda qeyri – qanuni fəaliyyət göstərən “Rus evi”nin fəaliyyətinə xitam verildi və bu barədə də Rusiya tərəfinə nota göndərildi. Davamı nə olacaq? Bunu Kremldə düşünsələr daha yaxşı olar. Lakin görürük ki, düşünmək əvəzinə şimal qonşumuz Valuyev kimi antropoloji quruluşu müəyyən suallar doğuran adamlarını işə salıb ünvanımıza təhqirlər yağdırır".

Verilişdə Rusiya siyasətçilərinin Azərbaycanla bağlı təhqir və hədələrinə də cavab verilib:

"Əlbəttə ki, bu, karyerası ərzində başından ciddi zədələr alan və yekəliyinə baxmayaraq daha çox özündən zəif rəqiblərə uduzan, elə aramsız uduzduğu üçün də tez – tələsik öz bəxtini ya aparıcılıqda, ya da siyasətdə sınayan Valuyevin zərbələrdən çürümüş başının fikirləri deyil. Bu, birbaşa Rusiya hökumətinin mövqeyidir ki, deputat Nikolay Valuyev də dilinə gətirir. Deməli, bu yekəpər deyir ki, əgər Azərbaycanda “Rusiya evi” bağlanırsa Rusiyadakı Azərbaycan diaspor təşkilatlkarı da qapadılmalıdır, azərbaycanlıların biznesi məhdudlaşdırılmalıdır, Rusiyada qanuni yaşayan azərbaycanlılar uçota götürülməli və cəbhəyə göndərilməlidir. Bunlardan sonra belə ürəyi soyumayan Valuyev Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri təhqiramız şəkildə “şoblya - voblya” adlandırır. Hələ biri də var – qatı ermənipərəst və Ukraynanın Donetsk vilayətində məhz separatçılıq işlərində qazandığı uğurlara görə deputat mandatını hədiyyə alan Andrey Pinçik... Pinçuk bir qədər də irəli gedərək Rusiyada azərbaycanlılara məxsus iri şirkətlərin müsadirə olunması təklifini irəli sürüb. Dalınca yenə də hədələr, ittihamlar və təhqirlər...

Bir daha deyirik, Azərbaycan dövləti də, Azərbaycan xalqı da bu dalğanın hardan gəldiyini gözəl bilir, hörmətli Kreml rəsmiləri. Odur ki, biz də elə bax burdan deyirik ki, birinci Qarabağ savaşında Ermənistana Azərbaycan ərazilərini işğal etsin deyə bir milyard dollarlıq silah göndərənin də, Xocalı soyqırımının baş tutması üçün 366-cı motoatıcı tağımını erməni baskəsənlərinin ixtiyarına verənin də, Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimlərini iqtidarda saxlayanın da, ikinci Qarabağ savaşında Ermənistana gizli yollarla silahlar göndərənin də, müharibənin ən qızğın vaxtında Gəncədə, Bərdədə dinc insanları gecə saatlarında bombalanması və bununla da Azərbaycanı təslim olmağa məcbur etməsi üçün Ermənistana “İsgəndər”, “Pansir” silahlarını verənin də, hazırda öz cəzasını gözləyən Ruben Vardanyanı ürəkləndirib aranı qatmaq üçün Qarabağa göndərənin də, müharibədə bir – birinin ardınca torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını kəsməyə çalışanın da kimliyini gözəl tanıyırıq.

Odur ki, təhqirə sizin yox, bizim haqqımız var. Bizsə təhqir etmirik, haqqımız olanı tələb edirik. Və nə qədər ki, bu haqq verilməyəcək Azərbaycanla Rusiya arasında münasibətlərin normal məcraya düşəcəyini unudun. Kimin bundan daha çox ziyana düşəcəyini isə yalnız bir faktla müəyyən etmək olar. 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4.8 mlrd ABŞ dolları təşkil edib. Bu, Azərbayanın ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. İki ölkə arasında ticarət dövriyyəsinin 75 faizini isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Biz rəqəmi səsləndirdik. Gerisini özünüz düşünün.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri