Icma.az
close
up
RU
Bakıdan Moskvaya cavab: “Şərt irəli sürmək əvəzinə...”

Bakıdan Moskvaya cavab: “Şərt irəli sürmək əvəzinə...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanla münasibətlərdən danışıb. 

O, iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün şərtlər irəli sürüldüyünü bildirib: 

“Rəsmi Moskva hesab edir ki, rəsmi Bakının Rusiya vətəndaşlarını azad etməsi tərəflər arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq”.

Onun sözlərinə görə, Rusiya konsulluq əməkdaşlarının Azərbaycanda həbs olunan həmvətənlərinə baş çəkməsi və onların səhhəti ilə bağlı məlumat verilməsi üçün sorğu göndərib, lakin Bakı hələlik razılıq verməyib:

“Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələ ki, razılığını verməyib. Güman edirik ki, belə razılıq alınacaq”. 

Politoloq Qabil Hüseynli “Cebheinfo.az”-a açıqlamasında Mariya Zaxarovanın sözlərinə münasibət bildirib: 

“Əslində, Azərbaycanda həbs edilmiş rusiyalıların saxlanma şəraiti və yaxınları ilə əlaqəsinə qədər hər cür addım atılır. Yəni onlar üçün kifayət qədər güzəştlər olunub. Lakin həmin şəxslərin azadlığa buraxılması isə elə asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, onlar insan hüquqlarını qoruyan adamlar deyil.

Onlar etdikləri əmələ görə həbs olunublar və Azərbaycan qanunvericiliyini pozublar. Bəlkə gələcəkdə hansısa şərtlərlə azadlığa buraxıla bilərlər. Ancaq indiki şəraitdə onların buraxılmamalı olduğu qənaətindəyəm”.

Ekspert diqqətə çatdırıb ki, Rusiya Azərbaycana qarşı düşmənçilik edir və təzyiq göstərməyə çalışır: 

“Əslində, Rusiyanın özü siyasi motivlərə görə həbs edilmiş insanlarla doludur. Bizdə belə məhkumlar yoxdur. Orada isə həbsdə çox sayda belə şəxslər var. Kreml bizə qarşı hansısa şərtlər irəli sürmək əvəzinə, əvvəlcə bizim tələblərimzi yerinə yetirsin”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Zaxarova Rusiya Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri