Icma.az
close
up
RU
Bakıdan Paşinyana zəng olacaqmı? Sabiq nazir AÇIQLADI KONKRET

Bakıdan Paşinyana zəng olacaqmı? Sabiq nazir AÇIQLADI KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakı və Ankaranın Nikol Paşinyanı parlament seçkilərindəki qələbə münasibəti ilə təbrik edəcəyini istisna etmirəm. Artıq tərəflər arasında müxtəlif vaxtlarda görüşlər olub, siyasi münasibətlər formalaşıb. Bu baxımdan, təbriklər də ola bilər”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfiqarov deyib.

O bildirib ki, N,Paşinyan seçkilərdə qələbə qazansa da, təkbaşına konstitusiyanın dəyişdirilməsinə nail ola bilməyəcək:

“Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası koalisiya yaratmadan hökuməti formalaşdıra bilər. Amma bizim maraqlandıran ayrı məsələdir. Problem konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Əgər Paşinyan və komandası vəd etdiyi kimi konstitusiyanı dəyişdirə bilməsə, deməli sülh prosesi dalana dirənəcək. Çünki Ermənistan qanunvericiliyinə görə, konstitusiyanı dəyişdirmək təşəbbüsünə ən azı 76 deputat səs verməlidir. İndiki halda “Vətəndaş Müqaviləsi”nin mandad sayı buna bəs etmir. Belə olan təqdirdə, sülh prosesinə ciddi zərbə dəyə bilər. Çünki sülh prosesinin inkişafı və irəli aparılması üçün Ermənistan gərək öz qanunvericiliyindəki ərazi iddialarından imtina etsin”.

Politoloqun fikrincə, N.Paşinyan konstitusiya islahatı üçün rəqibləri ilə koalisiya yaratmalıdır:

“O, istər-istəməz konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələdə öz rəqiblərinin ən azı biri ilə koaliya yaratmağa təşəbbüs göstərməlidir. Bunun üçün gərək özü addımlar atsın. Biz isə seçkilərin yekun nəticəsini gözləməliyik. Kremlin mövqeyinə gəlincə, mən hər zaman demişəm ki, İrəvan və Moskva gərginliyi sadəcə görüntüdür. Reallıqda Paşinyanın siyasəti tam şəkildə Rusiyanı qane edir. Paşinyan hakimiyyəti boyunca Moskvanın maraqlarına heç bir real təhlükə yaratmayıb. Rusların hərbi bazaları hələ də Ermənistandadır. Səs-küy çoxdur, amma real addımlar yoxdur”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb. Qurumun açıqladığı rəqəmlərə görə, “Vətəndaş Müqaviləsi” Partiyası 49,81% (727 160 səs), “Güclü Ermənistan” bloku 23,29% (340 062 səs), “Ermənistan” bloku 9,94% (145 097 səs), “Çiçəklənən Ermənistan” Partiyası isə 4.00% (58 368 səs) səs toplayıb.

Beşinci yerdə qərarlaşan “Birlik Qanadları” Partiyası seçicilərin 2,30%-nin (33.618 səs) səsini ala bilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:391
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri