Icma.az
close
up
RU
Bakıdan verilən mesaj: Yeni enerji erasının mərkəzi

Bakıdan verilən mesaj: Yeni enerji erasının mərkəzi

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyinin dünya siyasətinin əsas prioritetlərindən birinə çevrildiyi bir dövrdə Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də yeni enerji və geoiqtisadi düzənin əsas aktorlarından biri kimi çıxış edir. “Bakı Enerji Həftəsi” çərçivəsində səslənən mesajlar, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub və Vaşinqton nümayəndələrinin çıxışları göstərir ki, Azərbaycan regional çərçivələri aşaraq qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilməkdədir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn deputatı Kamran Bayramov deyib.

K. Bayramov bildirib ki, Prezident İlham Əliyevin enerji siyasətinə dair çıxışında ən diqqətçəkən məqam ondan ibarət oldu ki, neft və qaz Azərbaycan üçün məqsəd deyil, vasitədir: “Bu yanaşma əslində Bakının son illərdə həyata keçirdiyi strateji kursun əsas fəlsəfəsini təşkil edir. Azərbaycan enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, milli gücün, siyasi müstəqilliyin, regional nüfuzun və texnoloji transformasiyanın əsas aləti kimi istifadə edir.
Məhz bu strategiya nəticəsində Azərbaycan iqtisadi sabitliyini təmin edə, xarici borc yükünü minimum səviyyəyə endirə, böyük valyuta ehtiyatları formalaşdıra və regionun ən güclü ordularından birini qura bildi. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əgər güclü iqtisadi baza və enerji gəlirləri olmasaydı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər də bu qədər qısa müddətdə mümkün olmazdı.
Bu gün Azərbaycan artıq yalnız neft və qaz ölkəsi kimi deyil, həm də bərpa olunan enerji və yaşıl transformasiya mərkəzi kimi çıxış etməyə başlayır. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi, 2032-ci ilə qədər 8 giqavatlıq bərpa olunan enerji potensialının yaradılması planı və “Qara dəniz Enerji Kabeli” layihəsi Bakının enerji siyasətində yeni mərhələnin başladığını göstərir.

Əslində Azərbaycanın strateji məqsədi çox daha genişdir. Bakı Avrasiyanın enerji, logistika və rəqəmsal bağlantı mərkəzinə çevrilmək istəyir. Burada təkcə Cənub Qaz Dəhlizi və ya neft kəmərləri nəzərdə tutulmur. Azərbaycan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizi enerji, nəqliyyat, yaşıl enerji və rəqəmsal texnologiyalar platformasına çevirməyə çalışır.
Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi regionun geoiqtisadi xəritəsini dəyişdirəcək layihələrdən biridir. Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Ermənistanın Baş naziri və Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədə əsaslanan bu layihə yalnız nəqliyyat marşrutu deyil, həm də regional inteqrasiya və enerji təhlükəsizliyi platforması kimi qiymətləndirilir.

ABŞ Prezidenti Donald Trampın “Bakı Enerji Həftəsi” ilə bağlı məktubunda səsləndirdiyi mesajlar da təsadüfi deyil. Vaşinqton açıq şəkildə Azərbaycanın enerji təhlükəsizliyində rolunu dəstəklədiyini nümayiş etdirir. Məktubda Azərbaycanla Ermənistan arasında sülh prosesinin regional enerji inteqrasiyası ilə əlaqələndirilməsi göstərir ki, ABŞ Cənubi Qafqaza artıq yalnız təhlükəsizlik prizmasından deyil, həm də böyük enerji və logistika layihələrinin mərkəzi kimi yanaşır.

Tramp Administrasiyasının iyunda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məhsuldar müzakirələrə ümid etməsi onu göstərir ki, Vaşinqton regionda uzunmüddətli sabitliyin təmin edilməsində Bakının rolunu strateji hesab edir. Bu, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini nümayiş etdirir”.

O əlavə edib ki, Prezident İlham Əliyevin ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ilə görüşü zamanı səslənən fikirlər də bu reallığı təsdiqlədi: “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi dialoqun gücləndirilməsi və enerji sektorunda yeni layihələrin həyata keçirilməsi Vaşinqtonun Bakı ilə münasibətlərə xüsusi önəm verdiyini göstərir.
ABŞ üçün Azərbaycan yalnız enerji təchizatçısı deyil. Bakı həm də Avropanın enerji təhlükəsizliyində əsas alternativ marşrutlardan biri, Mərkəzi Asiyanı Qərbə bağlayan tranzit qovşağı və Cənubi Qafqazda sabitliyin əsas təminatçısı kimi qiymətləndirilir.
Xüsusilə 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı memorandum da Vaşinqtonun Azərbaycana münasibətində yeni geosiyasi yanaşmanın göstəricisi kimi dəyərləndirilə bilər. Bu addım ABŞ-ın regional reallıqları nəzərə aldığını və Azərbaycanla strateji əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu göstərir.

Qlobal enerji bazarlarında baş verən dəyişikliklər isə Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları fonunda Bakı etibarlı tərəfdaş imicini daha da gücləndirib. Hazırda Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və onların 10-nun Avropa İttifaqı üzvü olması bunu açıq şəkildə göstərir”.

Deputat onu da qeyd edib ki, Azərbaycanın enerji strategiyasının əsas fərqləndirici xüsusiyyəti isə balanslı yanaşmadır: “Bakı bir tərəfdən neft və qaz ixracını genişləndirir, digər tərəfdən yaşıl enerji keçidinə böyük sərmayələr yatırır. Bu, “ağıllı enerji siyasəti” modelidir.
Çünki gələcəyin dünyasında geosiyasi güc təkcə karbohidrogen ehtiyatları ilə müəyyən olunmayacaq. Süni intellekt, məlumat mərkəzləri, yaşıl enerji, rəqəmsal dəhlizlər və texnoloji üstünlük əsas faktorlar olacaq. Azərbaycan artıq bu yeni mərhələyə hazırlaşır.

Bu gün Bakıdan verilən əsas mesaj budur: Azərbaycan sadəcə enerji ixrac edən ölkə deyil, Avrasiyanın yeni enerji, logistika və geosiyasi arxitekturasını formalaşdıran aparıcı güclərdən birinə çevrilir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri