Icma.az
close
up
RU
Bakıdan verilən mesajlar...

Bakıdan verilən mesajlar...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan-Pakistan biznes-forumunda elan edilən prioritetlər iqtisadi əlaqələrin yeni mərhələyə çatmasında mühüm rol oynayacaq

Fevralın 24-də Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni gündəliyi və iqtisadi prioritetlər üzrə strateji kurs müəyyənləşdi. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərifin biznes-forumda iştirakı və çıxışı zamanı bəyan olunan fikirlər isə strateji yol xəritəsi olmaqla, iqtisadi müttəfiqliyin möhkəm təməllərinin qoyulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Liderlərin biznes icmasına ən ali səviyyədə dəstək veriləcəyinə dair mesajları isə qarşılıqlı iqtisadi-ticari təmaslarda yeni dövrün başlanğıcı hesab oluna bilər. Azərbaycanın dövlət başçısının vurğuladığı kimi, forum ikitərəfli gündəliyimizi əks etdirir və bu sahədə daha geniş çərçivə yaradacaq.

Ticarətin həcmini artırmaq üçün gömrük güzəştləri

Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin dinamikası son illərdə yüksəlsə də, mövcud potensiallardan xeyli aşağıdır. 2024-ci ildə mal mübadiləsinin dövriyyəsi əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artsa da, bu rəqəm qaneedici sayılmır və hər iki ölkənin potensial bazası bundan qat-qat çoxdur. Aparılan qiymətləndirmələrə görə, mövcud ticarət balansını ən azı 5-10 dəfə artırmaq mümkündür. Bu məsələ biznes-forumda da diqqətə çatdırıldı, ticari təmasları artırmaq üçün preferensial (qarşılıqlı ticarət güzəştləri) alətlətlərdən istifadənin zəruriliyi xatırlandı. Bu məqsədlə tərəflər azad gömrük rejiminin yaradılması, idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqi, ticarət axınlarının asanlaşdırılması, elektron mübadilə resurslarından faydalanmaq və digər addımları atacaq.

Qeyd edək ki, ötən ilin iyul ayında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş” imzalanıb və məqsəd ticari dinamikanı yeni mərhələyə daşımaq, bunun üçün qarşılıqlı güzəşt bloklarının təmin edilməsidir. Azərbaycan bu istiqamətdə ilk güzəşt stimullarına qərar verib, ötən ilin ortalarında Pakistandan ixrac olunan düyü məhsuluna görə, gömrük rüsumunu aradan götürüb. Qeyd edək ki, Azərbaycan 25 ölkədən düyü idxal edir ki, bunun təxminən 5-7 faizi  Pakistanın payına düşür, hədəf həmin malın idxalını dəfələrlə artırmaqdır. Gömrük güzəştindən sonra 2024-cü ildə Pakistandan düyü idxalı 3 dəfədən çox artıb və bu dinamikanın daha da böyüyəcəyi istisna deyil. 

Ticarət palataları ikitərəfli ticarəti təşviq edəcək

Hər iki ölkə qarşılıqlı ticarətdə güzəşt siyasətinin genişləndirilməsi üçün yeni hüquqi çərçivənin yaradılmasını da nəzərdə tutur. Təşəbbüslərə əsasən, ölkələr arasında idxal strukturunun hərtərəfli təhlil edilməsi və müvafiq qərarların verilməsi, dərman vasitələrinin və ağıllı mobil telefonların ixracının artırılması, digər ticari ideyalar üzərində mexanizmlər hazırlanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur və bunların hər biri biznes dairələri və işgüzar insanları yeni bazarlara daxil etmək məqsədi daşıyır. Pakistan Baş nazirinin səfəri çərçivəsində, Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə Pakistan Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında elektron məlumat mübadiləsi haqqında imzalanan Anlaşma Memorandumu bu istiqamətdə yeni hüquqi çərçivə sayıla bilər. Sənəd mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılmasını təmin edəcək.

Həmçinin Pakistanın Ticarət Nazirliyi ilə Azərbaycanın müvafiq iqtisadi qurumları arasında tranzit və güzəştli ticarət sazişi üzrə danışıqlar davam etdirilir ki, bu da nəqliyyat-ticarət münasibətlərində tənzimləmələri nəzərdə tutur. Yeri gəlmişkən, artıq Azərbaycanın Ticarət Palatasının İslamabadda nümayəndəliyi təsis edilib, yaxın vaxtlarda Pakistan Ticarət Palatasının nümayəndəliyinin Bakıda fəaliyyətə başlaması gözlənilir. Nəticədə, bu təsisatlar ikitərəfli ticarətin təşviqində mühüm platforma olacaq.

Azərbaycan Pakistanın etibarlı yanacaq təminatçısına çevrilir

Azərbaycan Pakistanın neft-yanacaq bazarında da əsas etibarlı tərəfdaş hesab edilir və İslamabad öz yanacaq ehtiyaclarının ödənilməsində ölkəmizin yanacaq emalı infrastrukturları qurmasını müsbət qarşılayır. Nəzərə alsaq ki, bu ölkə il ərzində neft və təbii qaza 40 milyard dollara yaxın vəsait xərcləyir və regiondakı mürəkkəb geosiyasi hadisələrlə əlaqədar İran-Türkmənistan-Əfqanıstan-Pakistan kəməri ilə nəql edilən yanacağın daşınmasında problemlər meydana çıxdığından fasilələr yaranır, ona görə də karbohidrogen enerjisi ehtiyacını ödəmək üçün Pakistanın Azərbaycan kimi etibarlı tərəfdaşa ehtiyacı artır. Fevralın 24-də Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında imzalanan Anlaşma Memorandumu da məhz bu istiqamətdə əməkdaşlığın təmin olunmasında mühüm rol oynayacaq. “SOCAR Trading SA” ilə “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu Azərbaycanın neft məhsullarının bu ölkəyə çatdırılması üçün hüquqi baza olacaq. Eləcə də, SOCAR-la “Frontier Works Organisation” və “Pakistan State Oil Company Limited” şirkəti arasında üçtərəfli saziş də yanacaq təminatında dayanıqlı yeni mərhələ açacaq. “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə əsasən, Azərbaycan bu ölkəyə LNG qazı ixrac edəcək.

Azərbaycandakı sağlam biznes mühiti və investisiya iqlimi pakistanlı iş adamlarının ölkəmizin yüngül sənaye, turizm, İKT, əczaçılıq, aqrar sahələrində təmsil olunması üçün dərin zəmin yaradır. Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi mövcuddur, dünyanın bir çox ölkəsinə dərman preparatları ixrac edir. Bu ölkədə istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib və dərman təchizatında payı daha da artır. Bu baxımdan birgə əməkdaşlıq Azərbaycanda yeni inkişaf edən əczaçılığın maddi-texniki bazasının formalaşmasında və müasir tibbi klasterin qurulmasında mühüm rol oynaya bilər.

Aqrar sahədə yeni imkanlar

Pakistanda aqrar sahədə son illərdə inkişaf dinamikası müşahidə edilir və bu istiqamətdə azərbaycanlı iş adamları ilə intensiv təmasların artması da nəzərə çarpır. Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qeyd edilən sektorda əlaqələrin inkişafında əsaslı dönüş yarada bilər.

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Pakistanın Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu özəlləşdirmə prosesində hər iki ölkənin səhmdarlar qrupunun yer alması, özəl layihələrə cəlb edilməsi baxımıdan fürsətlər açır. Həmçinin ölkələr arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da mədənçıxarma sənayesində birgə səylərin əlaqələndirilməsini, qiymətli metalların istismarında yaxın iştirakını nəzərdə tutur.

İqtisadi əməkdaşlığın digər istiqaməti maliyyə-bank sahəsini nəzərdə tutur. Bakı Fond Birjası (BFB) ilə və Pakistan Fond Birjası (PSX) arasında imzalanmış memoranduma əsasən, tərəflər kapital bazarlarına dair əməkdaşlıq əlaqələrini gücləndirmək, maliyyə xidmətləri sektorlarında qarşılıqlı inkişafı təşviq etmək niyyətindədir.

Azərbaycan regionun güclü sərmayədarı kimi son illərdə bir çox ölkənin investisiya bazarında iddialı layihələr icra edir, yeni sənaye-təchizat şəbəkələri qurur. Bu baxımdan Pakistanın da investisiya sektorunda çoxsaylı layihələr icra etmək və iqtisadiyyatına töhfə vermək niyyətindədir. İlkin ssenariyə əsasən, ölkəmiz Pakistana 2 milyard dollar sərmayə yatıracaq.

Nəqliyyat dəhlizləri regionda yeni körpü yaradır

Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də güclü zəmin yaradır. Hər iki ölkə Orta Dəhlizin əsas coğrafi hüdudlarında yer alır və Şərqlə Qərb arasında körpü rolunu oynayır. Eyni zamanda, Pakistan Şimal-Cənub nəqliyyat alyansında da iştirakçı kimi öz səylərini artırmaqdadır, son bir ildə mövcud infrastrukturlarını yeniləməsi, dəmir yolu xətlərini bu dəhlizə inteqrasiya etməsi böyük bir coğrafiyada vahid dəmir yolu ailəsinin formalaşmasına səbəb olmaqdadır. Bu baxımdan müasir nəqliyyat-kommunikasiya coğrafiyalarında strateji mövqe tutan Azərbaycan və Pakistan bölgənin tranzit landşaftının zənginləşməsinə də töhfə verir.

Pakistanın türkdilli dövlətlərlə sıx bağlantısının olması və son illərdə Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq zəncirinin möhkəmlənməsi İslamabadın Mərkəzi Asiyanın türk dövlətləri də daxil olmaqla böyük bir geoiqtisadi paltformada birləşməsinə səbəb olacaq. Bu layihələr faktiki olaraq transnəqliyyat-logistika habı çərçivəsində Fars körfəzinin və Xəzər dənizinin birləşməsini də təmin edəcək.

Turizmin inkişafı üçün yeni aviareyslər açılacaq

Azərbaycan və Pakistan turizm sahəsində də əməkdaşlığı artırmaq niyyətindədir. Pakistanın Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır, son illərdə ölkəmizə səyahət edən turistlərin sırasında pakistanlıların dinamikasında da artım qeydə alınımaqdadır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi iki ölkə arasında turizm əlaqələrində xüsusi olaraq dinamizm hiss olunur və bu məqsədlə Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşlarının təmin edilməsi müzakirə olunub. Bütün bu amillər turizm sahəsində ikitərəfli əlaqələrin yeni mərhələyə çatdırılmasına impuls verəcək. Eləcə də hökumətlər arasında hava əlaqəsi haqqında sazişin imzalanması turizm axınlarına  stimul verə biləcək addım hesab oluna bilər.

Müdafiə sənayesində uğurlu başlanğıc

İki dost ölkə müdafiə sənayesi sahəsində də möhkəm təməllərin əsasını qoyub. Azərbaycan bu ölkədən müasir müdafiə vasitələri, sənaye ləvazimatları və digər hərbi təyinatlı məhsullar alır. Eyni zamanda, hər iki ölkə birgə güclü və modern müdafiə sənayesi infrastrukturu üzərində yeni sənaye sahələrini yaratmağı planlaşdırır. Səfər çərçivəsində bu mövzu da əsas diqqət mərkəzində olub və artıq birgə istehsal müəssisələrinin yaradılması razılaşdırılıb.

Beləliklə, Azərbaycan-Pakistan biznes-forumu çərçivəsində iki ölkənin iş adamları arasında aparılan birgə müzakirə və məsləhətləşmələr, keçirilən müxtəlif təqdimatlar imkanları qiymətləndirmək və səfərbər etmək baxımından mühüm platforma rolunu oynayacaq. İmzalanmış sazişlər və forumda elan edilən prioritetlər iqtisadi münasibətləri keyfiyyətcə yeni mərhələyə çatdırmaqla, iqtisadi vizyonun ikitərəfli formatını daha da möhkəmləndirəcək.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see123

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see120

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see120

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see115

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see114

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see113

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see113

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see112

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri