Icma.az
close
up
RU
Bakıİrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi?

Bakıİrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Annalena Berbokla görüşdə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün tarixi fürsət yaranıb. Fidan qeyd edib ki, üçüncü tərəflər də sülh sazişinə dəstək verməlidirlər.

Türkiyəli nazirin indiki məqamda səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan arasında sülh prosesi davam edir. Ciddi uğurlar əldə edilsə də, 2024-cü ilin sonlarına yaxın prosesdə müəyyən səngimə hiss olunur. Xüsusilə İrəvanın xaricdən silah tədarükünü artırması, Avropa İttiaqı, Fransanın humanitar yardım adı altında Ermənistana maliyyə yardımı ayırması prosesi uzatdığı kimi eskalasiya riskini də artırır.

Əslində, Azərbaycanın prosesə yanaşması daha çox Ermənistanla ikili danışıqların davam etməsi yönündədir. Lakin Türkiyə istisna ölkə ola bilər. Ankaranın bu prosesə marağı və üçüncü tərəf kimi sülhdə iştirakı mümkündür. Belə ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesi də birbaşa Bakı-İrəvan sülhündən asılıdır.

2025-ci ildə Türkiyənin vasitəçiliyi ilə prosesin həllinə dair ümidlər var. Əslində Türkiyənin prosesdəki varlığı Fransa kimi destruktiv mövqeli ölkələrin geri addım atması baxımından vacibdir. Bakı Parisi bloklamaq üçün Ankaranın prosesdəki varlığından məmnundur. Digər tərəfdən, Türkiyə də tərəflərin ikitərəfli danışıqlar aparmasından maraqlıdır. Yəni Hakan Fidanın səsləndirdiyi təkliflər zərurət yaranarsa həyata keçirilə bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri