Icma.az
close
up
RU
Bakıİrəvan sülh sazişi ilə bağlı şok məlumat: Göycə gölü, dəhliz və daha nələr…

Bakıİrəvan sülh sazişi ilə bağlı şok məlumat: Göycə gölü, dəhliz və daha nələr…

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda siyasi çəkisi olan siyasətçilərdən biri kimi tanınan Edqar Qazaryan Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsində yer alacaq bənd və şərtlərlə bağlı şok məlumatlar paylaşıb. Tribunainfo.az xəbər verir ki, o, özünün Facebook hesabında müqavilənin 16-18 bənddən ibarət olacağını vurğulayıb.

Qazaryan ilk bənddə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının yer alacağını qeyd edib. Bunun ardından isə Müstəqillik Bəyannaməsindən imtina və yeni Konstitusiyasının qəbulu ilə bağlı öhdəliyin əsk olunacağını yazıb.

Onun yazdığına görə, növbəti bənddə beynəlxalq məhkəmələrdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü iddialardan imtina edilməsi, Azərbaycana hərbi xərac və bütün müharibələr zamanı dəymiş ziyana görə maddi və ya ərazi kompensasiyası öhdəliyi götürəcək.

Bundan əlavə Azərbaycanlıların Ermənistanda məskunlaşdırılması, onların təhlükəsizliyinin təmin edilməsi də xüsusi bənd kimi qeyd ediləcək. Qazaryan Avropa İttifaqının mülki müşahidə missiyasının fəaliyyətinin dayandırılması və ya onların Türkiyə nümayəndələri ilə əvəz edilməsinin də sülh mətnində yer alacağını iddia edib.

O həmçinin Qarabağ müharibələrində iştirak etmiş, xüsusən də aparıcı hərbi və siyasi şəxslərin həbsi və bir qisminin Azərbaycana təslim edilməsinə dair Ermənistanın razılıq verəcəyini də vurğulayıb.

Paralel olaraq o, sənəddə 4 anklav ərazinin verilməsi, Azərbaycan Ordusunun olduğu ərazilər saxlanılmaqla sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması və sərhəddə ordunun sərhəd xidməti ilə əvəzlənməsinin da xüsusi yer tutacağını bildirib.

Qazaryanın yanaşmasına görə, sülh sazişində sərhədin Ermənistan hissəsində müəyyən dərinliyə malik neytral və hərbsizləşdirilmiş zonanın yaradılması razılaşması da olacaq. Həmçinin Azərbaycanı Naxçıvanla heç bir sərhəd və gömrük nəzarəti olmadan ən azı bir dəmir yolu və iki avtomobil yolu ilə birləşdirən dəhlizin təmin edilməsi öhdəliyi də təsdiqlənəcək.

Onun fikrincə, Ermənistanın tərksilahı və demilitarizasiyası, yeni silahlar əldə etməkdən imtina, bütün hərbi təşkilatlardan, ittifaqlardan və ikitərəfli müqavilələrdən imtina, sərhəd çayları və Azərbaycana gələn digər çaylar üzərində Azərbaycan ekoloji nəzarətinin yaradılması, onların tələblərinin yerinə yetirilməsi, mədən fəaliyyətinin dayandırılması (Zəngəzur kombinati, Sotki qızıl mədəni, Amulsar qızıl mədəni, Axtala mədənləri və s.) da sülh sənədində yer almalıdır.

Qazaryan son olaraq onu da bildirib ki, Ermənistanla bağlanacaq sülh sazişində Azərbaycanın Göycə gölünə nəzarəti, Azərbaycan hakimiyyətinin gölə fiziki girişi və onun resurslarının birgə idarə olunması razılaşdırılıb. Bundan əlavə isə Metsamor AES-in bağlanması da sazişə daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see174

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see136

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see134

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see130

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see130

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see128

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see127

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see126

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see125

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see125

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see125

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see124

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see124

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see123

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see123

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see122

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see122

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see121

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see119

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri