Icma.az
close
up
RU
Azərbaycan adı 1500 illik əlyazmada FOTOFAKT

Azərbaycan adı 1500 illik əlyazmada FOTOFAKT

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Sizə təqdim etdiyim kitab Paul Bedjanın 1891-ci ildə nəşr etdirdiyi “Acta Martyrum et Sanctorum” kitabının 2-ci cildidir.

Kitabın tam adı tərcümədə “Şəhidlərin və müqəddəslərin əməlləri” adlanır. 1891-ci ildə tanınmış şərqşünas Paul Bedjan tərəfindən Parisdə nəşr edilib. Bedjan bu kitabı Britaniya Muzeyində saxlanılan “Add MS 14650” nömrəli çox qədim süryani əlyazması əsasında tərtib edib.

Kitab Sasanilər İmperiyasında IV, V və VI əsrlərdə xristianlara qarşı həyata keçirilən böyük təqiblərin əsas mənbələrindən biridir. Bu hekayələr, o dövrün siyasi və dini gərginliyini əks etdirir.

Bu mətn VI əsrə aiddir. Ərəb istilasından və İslamın gəlişindən təxminən 100 il əvvəl yazılıb və o dövrün beynəlxalq ünsiyyət və yazı dili olan süryani dilində yazılıb və o dövrdə coğrafi adlar, şəxs adları xalqın dilində necə istifadə edilirsə, o cürə də yazılırdı.

Kitabda Kərkük şəhərinin və onun ətrafındakı regionların xristianlıq tarixindən bəhs edir və burada Azərbaycan adı Sasani imperiyasının rəsmi və qüdrətli vilayətlərindən biri kimi və o dövrün rəsmi dövlət dilinə uyğun olan Adurbadigan formasında qeyd olunur.

Süryani mətnində belə bir cümlə keçir:

“…wa-shammai d-Adurbadigan…”

“və Azərbaycanın adı…”

Bu mənbə ona görə qiymətlidir ki, VI əsrə aid olan bu mətndə Azərbaycan adı bəlli idi, tanınırdı və mətnlərdə yazılırdı.

Müəllif Azərbaycanı birbaşa “böyük və zəngin bir ölkə” kimi təsvir edir ki, bu da VI əsrdə bu adın sadəcə bir kənd və ya şəhər deyil, geniş bir coğrafi-siyasi ərazini əhatə etdiyini göstərir.

Kitabda Azərbaycanın həm də zərdüştiliyin mərkəzi olduğu, orada böyük atəşgahların yerləşdiyi vurğulanır.
Azərbaycan ərazisindəki strateji istehkamlar və şəhərlər haqqında məlumatlar var. Müəllif bu ərazilərin həm hərbi, həm də iqtisadi cəhətdən zəngin olduğunu vurğulayır.

Əsərdən də göründüyü kimi, Adurbadigan forması zamanla dil dəyişikliklərinə məruz qaldı:

“d” səsi bəzi ləhçələrdə “z” səsinə keçdi: Adər-Azər oldu

“g” səsi isə ərəb dili təsiri ilə “c” səsinə çevrildi.

Nəticədə orta əsrlərdə ad tam olaraq Azərbaycan şəklini aldı.

Bu kitabda olan qeydlər toponimin “Atropatena” və “Adurbadigan”dan “Azərbaycan”a çevrilməsi istiqamətində tarixin yazılı sübutu olan əhəmiyyətli faktlardır.

Bu kitab bir daha sübut edir ki, Azərbaycan 1500 il əvvəl süryanilər, perslər, yunanlar tərəfindən tanınan böyük bir coğrafiya olub və bu adla da qəbul edilib.

Prof.Dr. Zaur Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 06:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri