BakıKart mobil tətbiqi YENİDƏN istifadəyə verildi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"BakıKart" mobil tətbiqi yenidən istifadəyə verilib. Bu tətbiq vasitəsilə istifadəçilər ictimai nəqliyyatda birdəfəlik gediş üçün QR-bilet əldə edə, "BakıKart" plastik kartlarının balansını artıra bilərlər".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlama verib.
O qeyd edib ki, bu tətbiq vasitəsilə istənilən sayda kartın balansını artırmaq və 10 ədəd kartı yaddaşda saxlamaq mümkündür:
"Balansartırma əməliyyatı zamanı "BakıKart"ın fiziki olaraq mobil cihazın yanında olmağı mütləq deyil. Bildirək ki, fiziki kart olmadan da QR-bileti tətbiqdə əldə edib ictimai nəqliyyatdan istifadə etmək mümkündür.
Mobil tətbiq istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir.
Qeyd edək ki, həm mobil tətbiq, həm də www.bakikart.az saytı vasitəsilə qeydiyyatdan keçdikdən sonra mobil tətbiqdə yaradılan istifadəçi adı və şifrə ilə daxil olmaq mümkündür. Şifrə təyin olunarkən bütün sadalanan təhlükəsizlik tələbləri nəzərə alınmalıdır".
"Əlavə olaraq avtobus marşrutları və dayanacaqlar haqqında məlumatların rahat əldə olunması və ictimai nəqliyyatla səfərlərin planlaşdırılması üçün digər genişfunksiyalı tətbiqin yaradılması üzərində iş aparılır.
"BakıKart" mobil tətbiqini həm "AppStore", həm də "Google Play"də yükləmək mümkündür.
Bu tətbiqin istifadəçilər üçün daha əlçatan və rahat olması üçün üzərində davamlı təkmilləşdirmə işləri aparılacaq", - deyə T.Orucov bildirib.
Məhərrəm Əliyev
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















