Icma.az
close
up
RU
BakıKart tətbiqi nə vaxt işləyəcək? AÇIQLAMA

BakıKart tətbiqi nə vaxt işləyəcək? AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

2024-cü ilin avqust ayının əvvəlindən etibarən "BakıKart" mobil tətbiqində texniki nasazlıqlar müşahidə olunmağa başlanıb. Bu səbəbdən istifadəçilər tətbiq vasitəsilə balans yükləmək və digər funksiyalardan yararlanmaqda çətinliklərlə üzləşiblər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaranmış problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirərək sərnişinlərə müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativ ödəniş üsullarından istifadə etməyi tövsiyə edib.

Ötən ilin sentyabrında AYNA tərəfindən verilən açıqlamada texniki nasazlığın hələ də davam etdiyi və problemin həlli üçün işlərin sürdüyü qeyd edilib. Noyabr ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmisi Elmin Məmmədov yaxın günlərdə daha təkmil "BakıKart" proqramının istifadəyə veriləcəyini söyləyib.

Lakin 2025-ci ilin yanvar ayına qədər "BakıKart" mobil tətbiqinin fəaliyyəti hələ də bərpa olunmayıb. Rəsmi internet səhifəsində "Yenilənmiş BakıKart mobil tətbiqi - Tezliklə..." məlumatı yer alır.

Tətbiqin nə zaman hazır olacağı ilə bağlı AYNA-dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə informasiya olanda, təqdim ediləcək. Belə çıxır ki, qurum özü də tətbiqin bərpası istiqamətində gedən işlər barəsində məlumatlı deyil.

Qeyd edək ki, bu müddət ərzində sərnişinlər ödənişləri "BakıKart" kartları və digər alternativ üsullarla həyata keçirməyə davam edirlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Yanvar 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri