Icma.az
close
up
RU
“Bakını abadlaşdırırıq, qardaş!” FOTOLAR

“Bakını abadlaşdırırıq, qardaş!” FOTOLAR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avtomobilimiz “Azdrama”nın yanı ilə üzüyuxarı qalxır.

Qarşımızda açılan geniş mənzərə göz oxşayır. Park boyu salınmış yaşıllıq, hündür ağaclar, altından keçdiyimiz beton körpünü təzə paltar sevinci ilə bəzəmiş sarmaşıqlar könül açır. Çox yox, cəmi 10 il əvvəl bura ilə qalxanda başqa mənzərə ilə qarşılaşırdın. Dar küçələr, sağda-solda parklanmış maşınlar, kələ-kötür yollar, ürək sıxan, rütubətli dar dalanlar və bütün bunları dörd tərəfdən əhatə eləmiş, üzündən nimdaşlıq yağan, hər cür naşı inşaat eksperimentlərini yara kimi bədənində daşıyan ikimərtəbə evlər. Daha onların heç biri yoxdur. Yerində geniş, sahmanlı Mərkəzi Park - Bakı sakinlərinin, həmçinin turistlərin sevimli məkanı salınıb.

Tarixi bina qorunur, istismar müddəti bitən ev sökülür...

Avtomobilimiz Təzə Pir məscidinin yaxınlığında dayanır. Çağdaş dövrün texnoloji dili ilə desək, təyin olunan yerə çatmışıq. Yəni Mustafa Sübhi 16 ünvanına. On addımlığımızda isti yay günəşinin də bir tərəfdən qızdırıb qaynar sobaya döndərdiyi yorğun sarı ekskavator artıq xeyli hissəsini sökdüyü evin dağıntıları üzərində ağır-ağır gəzişir, sökdüyü daş-kəsəyi, dəmir-taxta qalıqlarını bir tərəfə toplayır, yeni hədəf axtarışı ilə özünə yol açır. Qarşı tərəfdə isə qədim tarixi binanın fasadında “lesa” qurulub, bərpa işləri aparılır. Günorta fasiləsinə çıxan ustalar tində dincəlirlər. Hamının gözü ekskavatordadır. Bir nəfər lap sevincək olub, deyəsən ekskovatorçulardandır. Telefonla görünütülü danışa-danışa sökülən yeri göstərir: “Bakını abadlaşdırırıq, qardaş! ” Eyni ərazidə həm tikinti gedir, həm də söküntü. Tarixi bina qorunur, şəhərin görünüşünə xələl gətirən, istismar müddətini başa vurmuş ev isə sökülür.

Yasamal rayonunun “Sovetski” adlanan bu ərazisində istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə hələ 2010-cu illərin ortalarından başlayıb. Yekunda isə ərazidə şəhərin mərkəzinə təkcə estetik baxımdan deyil, ekoloji baxımdan da məziyyətlər qazandıran Mərkəzi Park salınıb. 2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Hazırda isə Parkın dördüncü hissəsinin salınması prosesi gedir. Buna görə də Təzə Pir məscidi yaxınlığındakı istismar müddətini başa vurmuş köhnə binalar sökülür. Gəzə-gəzə növbəti məntəqəyə - Mirzə Fətəli Axundzadə 6 ünvanına gəlirik. Qarşımıza üstü nömrələnmiş, sökülmə növbəsini gözləyən evlər çıxır. Axundzadə 6-dakı evi də artıq sakinləri tərk edib. Qoca bina sökülmə növbəsini gözləyir.

Mərkəzi Parkın sahəsi 35,4 hektara çatıb

Bizi ərazidə görülən işlərlə Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elnur Abbaszadə tanış edir. Onun sözlərinə görə, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan mövcud proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

“Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi 35,4 hektara çatıb”, - bunu da Elnur Abbaszadə deyir.

Elnur müəllimin sözlərinə görə, Park Təzə Pirə qədər uzanacaq, yaşıllıq salınacaq, üstəlik süni göl qurulacaq: “Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb”.

Söhbət edə-edə Tolstoy 95, Vidadi 37 ünvanlarında aparılan söküntü işləri ilə də maraqlanırıq. Vidadi 37 ünvanında yerləşən evin də artıq divarlarının bir hissəsi sökülüb. Yaxınlığında üzü naxışlı-işləməli qədim bina var.

- Bu da söküləcək? – Sual edirəm.

- Yox- yox, - Elnur müəllim etiraz edir. – Tarixi binalar, əlbəttə, yerində qalacaq.

- Bu, söküləcək, bu biri yox, o gördüyün söküləcək, amma onun yanındakı yox, - Elnur müəllim əlini tuşladığı binalara baxıram, söküləcək olanlar yeni tikililərdir, xalq dili ilə desək artırmalardır – memarlıq özfəaliyyətləri.

Tarixi binalar isə yerində qalacaq, hətta bəziləri bərpa edilərək, sosial-ictimai həyata yenidən qazandırılacaq.

“Hazırda davam edən söküntü işləri Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir” - Yasamal Rayon İcra hakimiyyətinin şöbə müdiri sözünə yekun vurur.

Bizsə burada görülən işlərlə tanışlığı yekunlaşdırıb ərazini tərk edirik. Gözümüzü açıb-yumacağıq - heç bilməyəcəyik inşası nə vaxt başladı, nə vaxt bitdi - bir də görəcəyik Təzə Pirin ətrafında axarlı-baxarlı yeni bir park salınıb.

Bakının mövcud hissəsində təkcə “Sovetski” adlanan ərazi tarixə qovuşmur, həm də müstəqil Azərbaycanın öz Bakısının modern çalarlı tablosu yaranır. Bu tabloda görünən Bakı sovetlərin bütün toz-torpağını üzərindən çırpmış, müasir urbanistik tələblərə cavab verən, dünyanın dörd tərəfindən turistləri heyrətə gətirən modern möcüzədir.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 07:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see328

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see309

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see287

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see286

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see238

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see209

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see206

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see203

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see202

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see200

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see198

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see195

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see194

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see194

DGK nazirə məxsus olduğu bildirilən şirkətdən 119 minlik baytarlıq avadanlığı alır

23 Sentyabr 2026 16:32see189

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see180

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see175

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see173

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri