Icma.az
close
up
RU
Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər

Bakını gəzən ermənilər maraqlı hadisəyə tuş gəliblər

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan mətbuatı erməni nümayəndə heyətinin noyabrın 21-22-də gerçəkləşən Bakı səfərindən yazamağa davam edir. "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan bu səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər.
Modern.az xəbər verir ki, erməniləri Bakıda müşayiət etmiş Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Ermənistan nümayəndə heyətinin səfəri ilə bağlı bəzi detalları bölüşüb.

Onun sözlərinə görə, ermənistanlı QHT nümayəndələri Bakıdakı erməni kilsəsinə də baş çəkiblər.
"Ermənistan nümayəndə heyətinin son 10 ildə Bakıya səfər etmədiyini nəzərə alsaq, hər şey maraq doğurdu. Onlar kilsənin dövlət tərəfindən erməni kilsəsi kimi qorunduğunu gördülər”.
Ermənilərə Bakıdakı kilsədə saxlanılan Prezident kitabxanasının kitab fondu - erməni dilindəki təxminən 5000 kitab da göstərilib.

Ekskursiyanı İrəvanda anadan olmuş və erməni dilində sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb.
Bakıdakı gəzinti zamanı maraqlı bir hadisə baş verib: erməni nümayəndə heyətinin üzvlərini Bakının yaşlı nəslinin iki nümayəndəsi tanıyıb. Məlum olub ki, erməniləri tanıyan yaşlı azərbaycanlılardan biri əslən İrəvandandır. O, Boris Navasardyan və yoldaşları ilə erməni dilində danışıb, vaxtilə İrəvanda yaşadığı məhəlləni xəbər alıb. 

F.Məmmədov xatırladıb ki, Ermənistan nümayəndə heyətinin üzvü Boris Navasardyan müharibədən əvvəl Bakıda olub, müxtəlif forum və tədbirlərdə iştirak edib, lakin nümayəndə heyətinin qalan üzvləri ilk dəfə Azərbaycana gəliblər.
 

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see315

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see232

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see227

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see147

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see139

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see137

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see130

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see130

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see129

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see124

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see123

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see122

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see122

Əziz Yıldırım: “Bütün İstanbulu buraya yığaram” VİDEO

23 Noyabr 2025 18:52see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri