Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

“Bakının bir başı Şərq, o biri yanı Qərbdir”

“Bakının bir başı Şərq, o biri yanı Qərbdir”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müsahibimiz, Rusiya  Federasiyasının Prezidenti yanında Xalq  Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası Şimal-Qərb İnstitutunun sosial texnologiyalar fakültəsinin dekanı Oleq Sergeyeviç Kuzindir. Rusiyanın Əməkdar jurnalisti, siyasi elmlər namizədi, professor Oleq Kuzin, eyni zamanda, RF hökuməti nəzdində Leninqrad vilayəti nümayəndəliyinin rəhbəridir. Hələ “Tribuna” qəzetinin (2004–2012) redaktoru olduğu vaxtlar bütün qəlbi və düçüncəsi ilə xalqımıza gözəl münasibəti, doğma Bakımıza bağlılığı ilə tanınırdı. O, Azərbaycan həqiqətlərinə, Qarabağ probleminə heç zaman laqeyd qalmayıb, qatıldığı beynəlxalq tədbirlərdə haqq işimizi müdafiə edib.  

Əslində, Oleq Kuzini ölkəmizlə, sadəcə, jurnalist fəaliyyəti bağlamır, onun Azərbaycanla, Bakı ilə bağlı maraqlı xatirələri var. Məhz buna görə də biz onunla həmsöhbət olduq.

– Oleq Sergeyeviç, siz “Şərəf nişanı”, “Vətən qarşısında xidmətlərinə görə” ordenləri, Vernad Ulduzu, Rusiya Jurnalistlər İttifaqının Yasen  Zasurski adına mükafatı və Sankt-Peterburq  Hökuməti mükafatı laureatısınız. Jurnalist və alim kimi dünyanın çox ölkələrinə səfərlər etmisiniz, amma məhz bizim ölkəyə xüsusi münasibətinizin olması həmişə hiss edilib. Bu, nədən qaynaqlanır?

– Mənim Azərbaycanla, Bakı ilə tanışlığımın tarixçəsi uzun illər əvvələ təsadüf edir. Təxminən, 20 il “Leninqradskaya  pravda” və “Sankt-Peterburq vedomosti” qəzetlərinin baş redaktoru kimi çoxillik təcrübəmi nəzərə alaraq, “Tribuna” qəzetinə rəhbərlik etmək mənə həvalə olundu. O zamanlar “Tribuna” qəzeti Azərbaycanla sıx bağlı mətbu nəşr hesab olunurdu. Ölkənizin rəhbərləri haqqında 2 kitabın müəllifi olan Viktor Andriyanov bizim redaksiyada işləyirdi. Həmin kitablardan biri böyük siyasət və dövlət xadimi Heydər Əliyev haqqındadır. “Görkəmli adamların həyatı” seriyasından olan bu əsər bir neçə xarici dilə tərcümə olunub və həmin ölkələrdə də maraqla oxunur. İkinci kitab Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqındadır. 

Yadımdadır, dahi şəxsiyyət Heydər Əliyevlə bağlı məlumatların toplanılmasında Viktor Andriyanova tanımış yazıçı-dramaturq, keçmiş deputat, çox vətənpərvər insan Hüseynbala Mirələmov kömək edirdi. O, Heydər Əliyevin Moskvadakı xidmət illəri ilə bağlı kifayət qədər dolğun məlumatlara sahibdir. Üstəlik, rus dilini də yüksək səviyyədə bilir. 
Hüseynbala Mirələmovla məni Viktor İvanoviç tanış etmişdir. Bəstəboy və çox çevik olan Mirələmov ilk gündən mənə xoş təsir bağışladı. Elə o vaxtdan bir-birimizi tez başa düşdük və aramızda dostluq yarandı. Kitab isə 2005-ci ildə işıq üzü gördü. Bir ildən sonra İlham Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva haqqında kitablar üzərində də iş başladı. Beləcə, bizim Hüseynbala  Mirələmovla dostluğumuz, Bakı ilə əlaqələrimiz daha da möhkəmləndi, genişləndi.

– Bakıya ilk səfərinizi necə xatırlayırsınız?

– Bakıya ilk səfərim də Hüseynbala müəllimin sayəsində baş tutub. Bəlkə də, təəccüblənəcəksiniz, amma məhz bu səfər məni və həyat yoldaşımı böyük bir faciədən xilas edib. 2009-cu ilin noyabrında o, “Yedinaya Rossiya” partiyasının 10-cu qurultayına dəvət edilmişdi və xarici qonaq kimi Moskvaya gəlmişdi. Sankt-Peterburqa getməzdən əvvəl ənənəvi olaraq Moskvaya gəlib, məni Bakıya dəvət etdi. Yadımdadır, mən razılaşmırdım, çünki ayın sonunda həyat yoldaşımın ad günü idi və ailə arasında qeyd etməyi planlaşdırmışdıq. Lakin o, israrla dedi ki, tez evə zəng elə, yoldaşını razı sal, ad gününü Bakıda qeyd edək. Mən onun yanında həyat yoldaşıma zəng etdim. Düzünü desəm, razılaşmayacağını düşünürdüm. Amma o, eşidən kimi təklifi bəyəndi. Həyatında heç vaxt Azərbaycanda olmamışdı və sevinərək Bakı ilə tanış olmaq istədiyini bildirdi. Beləcə, noyabrın 27-də Bakıya yola çıxdıq.

– Bir az əvvəl Bakıya gəlməklə böyük bir faciədən xilas olduğunuzu qeyd etdiniz. Hansı faciəni nəzərdə tuturdunuz?

– Dediyim kimi, Azərbaycana səfərimiz qəfil və  plansız oldu. Əslində, Bakıya gəldiyimiz gün biz Sankt-Peterburqa yola düşməli idik. Biletlərimiz də alınmışdı. Amma tale elə gətirdi ki, həmin gün Bakıya səfər etməli olduq. Gecə otelə çatanda çox yorğun idik. Xörək yeyib yatdıq. Səhər yuxudan oyananda eşitdiyimiz xəbərdən çox sarsıldıq. Sən demə, biz yolda olarkən “Nevski ekspres” qatarında terror aktı törədilib və xeyli sayda insan həlak olubmuş. Bu, bizim Sankt-Peterburqa bilet aldığımız qatar idi. Təsəvvür edirsiniz?.. Həmin gün telefonlarımız susmurdu. Tanışlar, qohumlar bizim terrorun qurbanı olduğumuzu düşünüb sarsılmışdılar. Bax, beləcə, qəfil Bakı səfəri həmin gün iki insanın həyatını xilas etdi. Elə o vaxtdan hər il Svetlana xanımın doğum gününü həm də mənim 2-ci doğum günüm kimi qeyd edirik. Alın yazısı ilə bağlı Əbu Turxanın belə bir aforizmi var: “Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir”.  Deməli, Böyük Yaradan bizə də bu şansı verdi ki, yaşayaq (gülümsünür).  Bu hadisədən sonra Hüseynbala Mirələmov mənim üçün əsl qardaşa, Bakı isə doğma şəhərə çevrildi. Təsəvvür edin ki, artıq indidən üzümüzə gələn yay Hüseynbala qardaşımın yubileyində iştirak etmək üçün məzuniyyətə çıxmağı nəzərdə tutmuşam (yenidən gülümsünür).

– Çox güman ki, Bakını sizə sevdirən təkcə bu hadisə deyil...

– Əlbəttə. Bakıya ilk səfərimizdə təyyarədən düşən andan ancaq qonaqpərvər, gülərüz insanlarla rastlaşdıq. Dinşünas alim Rafiq Əliyev də yaxın dostumdur. Kimin qonağı olurduqsa, bizi yedirib-içirməmiş buraxmırdı. Qonağa bu qədər sayğı göstərilməsi məni, sözün yaxşı mənasında, təəccübləndirmişdi. Ümumiyyətlə, Bakıda olmaq çox xoşdur. Mən sizin şəhərinizi sevirəm, burada məni əsl dost kimi qəbul edirlər. Bakı sakinləri açıqürəklidirlər, həmişə yaxşılıq etməyə hazırdırlar. 

Ümumiyyətlə, sizin millət başqalarına nisbətən daha istiqanlı və dostcanlıdır. Bu üzdəndir ki, sizin dostluqla bağlı çoxlu atalar sözləri və aforizmləriniz var. Baxın, bu məsəllər hansı millətdə var: “Dost dosta tən gərək, tən olmasa gen gərək”, “Dost dosta yaman gündə gərəkdir”,  Dost dar gündə tanınar”, “Dost ziyankar olmaz, ziyankar da dost ola bilməz”. Ümumiyyətlə, sizin millətin həm qədim tarixi və həm də çox zəngin şifahi və yazılı xalq ədəbiyyatı var. Bütün bunlar da sizi mənim üçün sevimli edib. 

Bakıda özümü  zərrəcə qərib hiss etmirəm. Gəzməli-görməli yerləri saymaqla bitmir. Şəhərin bir başı səni orta əsrlərə aparıb çıxardığı halda, digər tərəfi Avropanın inkişaf etmiş şəhərlərini xatırladır. Zamanla Bakının necə gözəlləşdiyini müşahidə etmək çox xoşdur. Elə səfərimiz olmur ki, Dənizkənarı Milli Parkda gəzib-dolaşmayaq. Bakı bulvarı, sanki, gözümüzün önündə böyüyüb. Bir zamanlar bir saata gəzib bitirdiyimiz Bakı bulvarının indi bir başından digər başına getmək üçün xüsusi fiziki hazırlıq tələb olunur. Hər dəfə Bakıya gəldikdə, mütləq İçərişəhərə də baş çəkirik. Eyni mənzərəni yenidən  görməkdən qətiyyən bezmirik. Orada hər şey tarixlə nəfəs alır. Kiçik suvenir dükanlarına, milli ornamentlərlə dizayn olunmuş restoranlara daxil olanda adamın ürəyi açılır. Dünyanın bir çox yerlərində olsam da, Bakı məndə xoş təəssürat yaradan tək-tük şəhərlərdəndir. 

– Oleq  Sergeyeviç, əminəm ki, milli yeməklərimizi də bəyənmisiniz...

– Məgər buna şübhə etmək olarmı? Sizin millətin qədim yeməkləri olan lülə kababı, yarpaq dolmasını, plovu necə bəyənməmək olar? Nəvəm Bakıya gedəndə gecə-gündüz ancaq “kotlet” adlandırdığı lülə kababı yeyir. Bilmək olmaz, bəlkə böyüdükdən sonra birdəfəlik Bakıya köçdü (gülümsünür)...

İnanın, artıq evdə bu barədə müzakirələr başlayıb. Nəvəm ölkənizi o qədər sevir ki, məktəbi bitirdikdən sonra beynəlxalq münasibətlər fakültəsini seçdi, türk dilini öyrənməyə başladı. Nəvəmin ən böyük arzusu diplomat kimi məhz Azərbaycanda işləməkdir. Onun bütün kurs işlərinin, hətta diplom işinin mövzusu da Azərbaycanın xarici siyasəti ilə bağlıdır.

Xarici siyasət demişkən, Azərbaycan indi bütün dünyada mustəqil siyasəti olan bir dovlət kimi tanınır, ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir. Elə ötən ilin sonunda keçirilən COP29 beynəlxalq tədbiri buna tam sübutdur.

Ən çox maraq doğuran da nüfuzlu tədbirlərin həm idman, həm mədəniyyət, həm din, həm siyasətlə bağlı olmasıdır. 2024-cü ilin sonunda Bakıda “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı mədəniyyət və maarifləndirmə layihəsi, 8-ci Beynəlxalq Bank Forumu və xüsusilə bir daha vurğulamaq istədiyim BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçirildi. Bu tədbirdə 200 ölkədən 80 minə yaxın insan iştirak etdi. Həmçinin, sentyabr ayında Bakıda “Formula 1” Dünya Çempionatının 17-ci mərhələsi keçirildi. Bütün bunlar sübut edir ki, cəmi  10 milyondan bir qədər çox əhalisi olan Azərərbaycan dünyanın 70-80 milyonluq ən aparıcı ölkələrilə bütün  sahələrdə böyük rəqabət aparır. Bu da sizin məmləkətin ən böyük uğurudur. Mən, bir ziyalı və çoxlu xarici ölkələrdə olan insan kimi deyirəm: “Sizin məmləkətin böyük gələcəyinə çox inanıram”.

– Müsahibə üçün təşəkkür edirəm.  

Nigar QULİYEVA  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Yanvar 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri