Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ankara, 14 iyun, AZƏRTAC
Türkiyədə, bundan sonra “Ankara Hava Limanı” kimi adlandırılacaq və mülki uçuşlara da xidmət göstərəcək “Etimesgut” hərbi hava limanında əsaslı modernləşdirmə işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, ANK kodu ilə hava limanının rəsmi açılışı iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacağı planlaşdırılıb.
“Ankara Hava Limanı” həm daxili, həm də beynəlxalq uçuşları həyata keçirəcək ki, bu da beynəlxalq tədbirlər və protokol proqramları zamanı yarana biləcək yükün “Esenboğa” Hava Limanına paylanmasına kömək edəcək.
Yeni hava limanının iyul ayında Ankarada keçiriləcək NATO sammiti zamanı da istifadə edilməsi planlaşdırılır.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, “Etimesgut” Hava Limanının modernləşdirilməsi layihəsi səkkiz aya başa çatıb, bütün sistemlər və uçuş-enmə zolağı isə beynəlxalq standartlara uyğunlaşdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:355
Bu xəbər 14 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















