Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Bakının böyük təzminat davası O halda imtina ediləcək ki...

Bakının böyük təzminat davası O halda imtina ediləcək ki...

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Sülh sənədi imzalanarsa, Azərbaycan 150 milyardlıq iddiadan vaz keçəcəkmi? - rəy

“Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramının icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub”.

Bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib. S.Şərifov bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.

Bəs 150 milyard yekun rəqəmdirmi? Sülh sənədi imzalanarsa, Azərbaycan bu iddialardan vaz keçəcəkmi? Çünki bəndlərin birində bir-birinə qarşı qarşılıqlı iddialar qaldırmamaq barədə öhdəlik olduğu deyilir. Yaxud təzminat qarşılığında Ermənistandan torpaq tələb oluna bilərmi?

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bu gün Azərbaycan üçün əsas prioritetlərdən biri də azad edilmiş ərazilərin bərpası və oraya qayıdış proqramının həyata keçirilməsidir: “Həmin dağıdılmış şəhərlərimizin, kəndlərimizin bərpa edilməsi və əhalinin oraya köçürülməsi, minalardan təmizləmə işləri Azərbaycana milyardlarla manata başa gəlir. Bunun əsas səbəbkarı Azərbaycan ərazilərini işğal edib talan edən, yerlə-yeksan edən Ermənistandır. Ermənistanın işğalçılığı, vandalizmi olmasaydı Azərbaycan 150 milyard dollar və bəlkə də daha çox maddi zərərə də düşməzdi. 10 minlərlə azərbaycanlının qətlə yetirilməsi isə heç bir ölçüyə gəlməyən məsələdir. Ermənistanın işğalıçılıq siyasətinin nəticələrinin aradan qaldırılması üçün Azərbaycana milyardlarla dollar vəsait lazımdır. Azərbaycan bu işləri öz gücü hesabına həyata keçirir. Ermənistanın Azərbaycana 150 milyard dollar maddi zərər vurduğu faktı ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması, məsələnin beynəlxalq məhkəmələrə daşınması aktuallığını saxlayır”.

Ekspert dedi ki, Azərbaycan dövləti Ermənistandan bizə vurduğu zərərlərə görə təzminat tələbini qüvvəsində saxlayır: “Artıq bu barədə məhkəməyə şikayətlər də hazırlanıb və təqdim edilib. 150 milyard maddi ziyandan başqa Azərbaycan vətəndaşlarına qarşı Ermənistanın həyata keçirdiyi qətliamlar, vəhşiliklər, soyqırımı aktları faktları saysız hesabsızdır. Məhkəmələrə çıxarmağa sübutlar kifayət qədərdir. Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban soyqırımları və digər azərbaycanlıların yaşadıqları kəndlərdə, qəsəbələrdə ermənilərin həyata keçirdikləri soyqırımı aktları heç də uzaq tarixdə həyata keçirilən cinayətlər deyil, yaxın tarixdə baş verib. 1 milyona yaxın Azərbaycan vətəndaşı Ermənistanın işğalçılığı nəticəsində məcburi köçkün vəziyyətinə düşüb, 4 minə yaxın azərbaycanlı bu günə qədər itkindir. Təkcə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazilərində partlaması nəticəsində dörd yüzə qədər Azərbaycan vətəndaşı həyatını itirib, sağlamlıqlarını itirib. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh tərəfdarı olduğu, bölgədə daimi sülh naminə Ermənistanla qarşılıqlı məhkəmə iddialarından imtina etmək məsələsini müzakirə edirdi. Amma nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, bu məsələ həll edilmiş sayıla və Azərbaycanın haqlı məhkəmə iddialarından geri çəkilmiş sayıla bilməz”.

X.Bəşirov vurğuladı ki, sülh sazişi imzalandıqdan sonra bu məsələ barədə danışıla bilər: “Azərbaycanın şərtləri var. Nə qədər ki, bu şərtlər qəbul edilməyib, Azərbaycan Ermənistandan 150 milyard dollar təzminat iddiasından əl çəkməsi real ola bilməz. Təbii ki, bu qədər böyük məbləği birdəfəlik ödəmək Ermənistan kimi cılız ölkənin gücü daxilində deyil. Ona görə də təzminat kimi torpaq ərazilərini Azərbaycana verə bilər. Ermənistan həm bölgədə sülh naminə, həm də gələcəkdə Azərbaycana böyük məbləğlərdə təzminat ödəmədən özünü xilas eləmək naminə Azərbaycana qarşı konstitusiyasındakı ərazi iddialarını çıxarmalı və sülh sazişini imzalamalıdır. Sülh sazişinin mətnində qarşılıqlı iddialardan imtina etmək barədə bəndin olduğu deyilir. Ona görə də qüvvəyə minən sülh müqaviləsi Ermənistanı təzminat problemindən qurtara bilər. Əks halda Azərbaycanın təzminat iddialarından imtina etməsini gözləməyə dəyməz”.

Ekspert sonda onu da dedi ki, Azərbaycan hələlik təzminat iddiaları məsələsini çox kəskin şəkildə qabartmır: “Ona görə ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin üzərində xeyli müsbət irəliləyiş əldə edilib və bu proses davam edir. Bu da daha çox Azərbaycanın səyləri nəticəsində əldə edilib. Azərbaycan müsbət prosesə əngəl olacaq addımlar atmağı heç zaman düzgün hesab etmir. Proses pozularsa təbii ki, təzminat tələbi məsələsi çox ciddi şəkildə qoyulacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see216

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see204

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see182

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see146

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see133

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri