Icma.az
close
up
RU
Hanı Bakının o vaxtkı azarkeşləri?

Hanı Bakının o vaxtkı azarkeşləri?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təsadüfən qarşıma çıxan və bizi 66 il əvvələ qaytaran fotonu hörmətli həmkarım Anar Tağıyevin feysbuk səhifəsində gördüm. “Bakının futbol azarkeşləri” başlığı ilə müşayiət olunan şəkil 1959-cu ildə çəkilib. Müəllifi Sahib Axundzadədir.

Dərhal üzümüzə təbəssüm gətirən foto lentə alınanda hazırda dünya şöhrətli hakimimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun cəmi 8 yaşı var idi. Bu gün isə 1951-ci ildən bəri qapılarını azarkeşlərin üzünə taybatay açan gözəl idman qurğusu 74-cü baharı ilə nəfəs alır.

İstifadəyə verildiyi gündən bəri SSRİ çempionatlarında “Neftçi”nin yüzlərlə oyununa şahidlik etmiş bu stadion milyonlarla azarkeş üçün xatirələrlə dolu əsl futbol məbədgahıdır.

Fotodakı insanların Azərbaycan futbolu flaqmanının hansı rəqiblə görüşünü izlədikləri məlum deyil. İndi bunu araşdırmağa ehtiyac da yoxdur. Amma şəkildən aydın görünür ki, həmin axşam tribunalardakı tamaşaçılar, xüsusən də, ön plandakı üç gənc bütün varlıqları ilə oyunun içindədir.

O illərdə respublikada heç kim “Neftçi”nin yüksək texnikalı oyununa, sürətli hücumlarına biganə deyildi. Bütünlüklə Azərbaycan futbolunun yetirmələrindən ibarət komanda istənilən rəqibə qarşı fədakarlıqla mübarizə aparırdı. Əhalisinin sayı 300 milyon nəfərə çatan Sovet İttifaqı kimi nəhəng ölkənin çempionatı isə Avropada ən güclü çempionatlardan biri sayılırdı. Təbii ki, belə yarışda layiqincə mübarizə aparmaq yüksək ustalıq tələb edirdi.

Bu gün isə "Neftçi" heç Azərbaycan Premyer Liqasında da özünü göstərə bilmir. Budur, daha bir mövsüm itirildi. Komanda artıq finişin astanasında olan növbəti çempionatda pərəstişkarlarını sevindirməkdən çox, məyus edir. Elə kubok arzusu da arzu olaraq qaldı.

Onda “Neftçi”mizin hər oyunu onu sevənlər üçün əsl bayram idi. Adətən, saat 19-da başlayan görüşlərə vaxtında çatmaq üçün bəzən məktəbdə, institutda, istehsalat kollektivlərində müəllimlərimizdən, müəssisə rəhbərlərindən 1-2 saatlığa icazə almaq lazım gəlirdi.

Qələbə qazanıldıqda isə ertəsi gün hamı iş yerinə yüksək əhval-ruhiyyə ilə gedir, əmək kollektivlərində fəallıq və məhsuldarlıq qat-qat artırdı.

İndiki “Neftçi” ilə də heç olmasa, yaxın gələcəkdə o uzaq illərdəki kimi qürur duymaq istəyirik…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:386
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri