Bakının bu ərazilərində evlər söküləcək
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Banker.az məlumat yayıb.
Bildirilib ki, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.
Binəqədi Rayon İcra Hakimiyyətindən də Baku.ws-ə adı çəkilən ərazilərdə söküntü işlərinin aparılacağı təsdiqlənib.
Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək.

Bakının bu ərazilərində evlər söküləcək VİDEO
06 Noyabr 2024 04:02
COP29dan sonra Bakının bu ərazilərində evlər söküləcək
20 Noyabr 2024 15:01
Bakının bu ərazilərində binalar söküləcək
28 Fevral 2025 08:41
Bakının bu ərazilərində evlər bahalaşacaq
12 Yanvar 2025 17:37
Bakının bəzi ərazilərində fərdi evlər söküləcək: Yerində isə... VİDEO
04 Noyabr 2024 18:00

