Bakının bu ərazisində işıq kəsiləcək
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 3-5-də saat 9:00-dan saat 15:00-a qədər Bakının Xəzər rayonundakı Binə Atçılıq yaşayış massivinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılması ilə bağlıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

