Icma.az
close
up
RU
Bakının bu ərazisində sənədsiz evlər sökülür: kompensasiya veriləcəkmi?

Bakının bu ərazisində sənədsiz evlər sökülür: kompensasiya veriləcəkmi?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda dəmir yolu xəttinə yaxın ərazilərdə yerləşən sənədsiz evlərin sökülməsi prosesi gündəmə gəlib. İllərdir həmin sahələrdə məskunlaşan sakinlər üçün bu qərar həm hüquqi, həm də sosial baxımdan narahatlıq yaradır. Dövlət qurumları təhlükəsizlik və şəhərsalma qaydalarını əsas gətirsə də, ictimaiyyətdə evlərin taleyi və sakinlərin hüquqları ilə bağlı suallar qalmaqdadır.

Bildirilir ki, Nərimanov, Böyük Şor və Bakı sərnişin dəmir yolu xətlərinin mühafizə zolağında olan tikililərin söküləcək.

Belə bir vəziyyətdə hökumətin humanist yanaşaraq ev sahiblərinə kompensasiya verməsi mümkündürmü?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, məsələyə həm hüquqi, həm də insani aspektdən yanaşmaq vacibdir.

Onun sözlərinə görə, vətəndaş uzun müddət hər hansı ərazidə məskunlaşıbsa, həmin ərazi qanunlara əsasən dövlət tərəfindən qorunmalıdır:

“Digər tərəfdən, bu insanlar bir-iki il deyil, bəzən 20-30 il həmin ərazilərdə yaşayaraq ev tikir və həyat qururlar. İndi hökumət gəlib deyir ki, bu evlər qanunsuzdur və söküləcək. Bu, təbii olaraq sakinlərdə narahatlıq yaradır. Əgər evlər həqiqətən qanunsuz idisə, bəs niyə bu illər ərzində buna göz yumulub? 30-40 il ərzində bu əmlaklara niyə müdaxilə olunmayıb? Hazırda məsələ ilə bağlı iddiaçı Azərbaycan Dövlət Dəmir Yollarıdır. Görünür, burada ölüm halları olub və ya sakinlərin yerləşməsi dəmir yollarının təhlükəsiz hərəkətinə maneə törədir. Buna görə də məsələ məhkəməyə çıxarılıb və çox güman ki, məhkəmə evlərin qanunsuz tikildiyini əsas götürərək söküntü qərarı verib”.

Elnur Azadov

Müsahibimiz əlavə edib ki, qanunsuz tikililərin sökülməsi zamanı sakinlərə kompensasiya verilməsi nəzərdə tutulmur:

“Fikrimcə, bu tikililər uzun illər mövcud olubsa, yaxşı olar ki, dövlət qurumları sakinlərə kompensasiya ödəsin”.

Globalinfo.az xatırladır ki, bir neçə il öncə Prezident İlham Əliyev aidiyyatı qurumlara tapşırıq verib ki, vətəndaşlara aid sənədsiz evlər söküldükdə, kompensasiya verilsin. İndiyə kimi ölkə vətəndaşlarına aid heç bir mülkün kompensasiyasız söküldüyü faktına rast gəlinməyib. Yəqin dəmir yolu xətlərinə yaxın ərazilərdə tikilən fərdi evlərin sakinləri də taleyin ümidinə buraxılmayacaq.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri