Icma.az
close
up
RU
Bakının bu ərazisində evlər sökülür: Sakinlər nədən narazıdır?

Bakının bu ərazisində evlər sökülür: Sakinlər nədən narazıdır?

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Vətəndaşlar yaşaya-yaşaya evlərini sökürlər".

Belə iddia ilə "Kubinka" kimi tanınan ərazinin sakinləri  çıxış  ediblər.

Paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov ünvanının sakinlərinin sözlərinə görə, tikinti şirkəti heç bir rəsmi sənədə məhəl qoymadan gecə- gündüz məhəlləni sökməyə davam edir.

Sözgüden həyətdə 80-dən çox ailə yaşayır. Çəkiliş vaxta biz də tikniti şirkəti tərəfindən ikimərtəbəli evin söküldüyünün şahidi olduq.

Sakinlər tikinti şirkətinin söküntü işləri aparması ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər.

Səslənən iddialarla bağlı tikinti şirkəti ilə  əlaqə saxlamaq istəsək də suallarımıza  cavab verən tapılmadı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonunda "Vialon" şirkətinə ayrılmış torpaq sahəsinə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yerində baxış keçirilib, sözügedən ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparıldığı müəyyən edilib.

İşlərin vətəndaşlarla razılaşdırılmadan və qüvvədə olan qanunvericiliyin tələblərinə zidd şəkildə həyata keçirilməsi ilə əlaqədar Baş İdarə tərəfindən "Vialon" şirkətinə xəbərdarlıq edilib və işlər dayandırılıb.

Qeyd olunub ki, daha əvvəl də həmin ərazidə eyni şirkət tərəfindən müvafiq icazə olmadan işlərin aparılmasına bir neçə dəfə cəhd edilib və bu halların qarşısı vaxtında alınıb.

"Məsələnin nəzarətdə saxlanılması və təkrar hüquqpozuntularının qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumlarına yenidən müvafiq məktublar ünvanlanıb”, - deyə məlumatda  qeyd  olunur.//Xəzər TV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri