Bakının bu prospektində işıqforun yaşıl işığının vaxtı artırıldı VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Svetoforların iş rejimi dəyişdirildi, yaranan qəza şəraiti, nəqliyyat ləngiməsi aradan qaldırıldı və yolda intensivlik artdı.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Qara Qarayev prospekti ilə Azər Manafov və Şirin Mirzəyev küçələrinin kəsişmələrində təhlillər aparılıb və nəticədə yolda olan svetoforların iş rejimi dəyişdirilib. Belə ki, əvvəllər Qara Qarayev prospektindən qeyd olunan kəsişmələrə daxil olan sürücülər burada daha çox gözləməli olurdular və nəticədə prospektdə intensivlik azalırdı. Yaranan problemi aradan qaldırmaq üçün Qara Qarayev prospektindən sola Azər Manafov və Şirin Mirzəyev küçələrinə hərəkət edən nəqliyyat vasitələri üçün svetoforların təkrarlayıcılarında yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da uzun müddətdir sürücüləri narahat edən problem həll edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Noyabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















