Bu küçədə işıqforun yaşıl işığının vaxtı artılırdı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırdı.
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində svetoforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub. Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olurdu.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə apardıqları təhlillər nəticəsində kəsişmədə olan svetoforun vaxt planında dəyişiklik edilərək, qurğunun yaşıl işığın müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb. Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















