Icma.az
close
up
RU
Bakının bu qəsəbəsinə qatar yenidən gələcək Stansiya da bərpa edilir

Bakının bu qəsəbəsinə qatar yenidən gələcək Stansiya da bərpa edilir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində yeni xətlərin inşası, həmçinin uzun müddətdir istifadəsiz qalan mövcud xətlərin yenidən bərpası nəzərdə tutulur.

"AzPolitika" xəbər verir ki, bu layihələrdən biri də Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən fəaliyyətə başlamasıdır. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və nişanlama işləri həyata keçirilir. Layihə çərçivəsində tarixi Maştağa dəmir yolu stansiyasının binasının əsaslı təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.

Uzun illər istismar olunmayan dəmir yolu xəttinin keçdiyi ərazilər hazırda kol-kosla örtülsə də, yaxın zamanda burada dəmir yolu infrastrukturu tam şəkildə bərpa ediləcək. Tikinti və yenidənqurma işləri zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evlərinin və yarımçıq tikililərin sökülməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq ərazidə ölçmə və işarələmə işləri aparılıb, mülkiyyət sahiblərinə layihə barədə məlumat verilib.

Rəsmi məlumata görə, söküləcək tikililərin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun kompensasiya ödəniləcək. Qeyd edək ki, analoji tədbirlər daha əvvəl Suraxanı və Hövsan istiqamətlərində də həyata keçirilib. Həmin ərazilərdə dəmir yolu xəttinin bərpası məqsədilə bəzi tikililər sökülüb və onların sahiblərinə müvafiq kompensasiya verilib.

Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi nəticəsində həmin ərazilərdə yaşayan sakinlərin Bakının müxtəlif istiqamətlərinə daha sürətli, rahat və əlverişli şəkildə hərəkət etməsi üçün yeni nəqliyyat imkanları yaradılacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyul 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri