Icma.az
close
up
RU
Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

Bakının bütün rayonlarında kirayə qiymətləri artıb

Azpost saytına istinadən Icma.az xəbər verir.

Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Yanvar, fevral və mart aylarında paytaxtın bütün inzibati rayonlarında həm yeni tikili, həm də köhnə tikili mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb. Artım əsasən mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarda daha qabarıq müşahidə olunur.

Yanvar ayında kirayə bazarında ən yüksək artım mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,4 %, köhnə tikililərdə isə +1,2 % artıb. Bu rayonda 2 otaqlı mənzillərin orta aylıq kirayə qiyməti yeni tikililərdə təxminən 1 400 manat, köhnə tikililərdə isə 1 000 manat təşkil edib.

Nəsimi rayonunda yeni tikililərdə artım +1,3 %, köhnə tikililərdə +1,1 %, Yasamal rayonunda isə müvafiq olaraq +1,25 % və +1,05 % olub. Bu rayonlarda orta aylıq kirayə qiyməti yeni tikililərdə Nəsimidə təxminən 1 000 manat, Yasamalda isə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 700 manat və 550 manat civarında formalaşıb.

Nərimanov rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,2 %, köhnə tikililərdə isə +1 % artıb. Bu rayonda orta aylıq kirayə qiyməti yeni tikililərdə 800 manat, köhnə tikililərdə isə 600 manat təşkil edib.

Xətai rayonunda yeni tikililərdə +1,1 %, köhnə tikililərdə +0,9 %, Nizami rayonunda isə müvafiq olaraq +1 % və +0,9 % artım qeydə alınıb. Bu rayonlarda orta kirayə qiymətləri yeni tikililərdə Xətaidə 800 manat, Nizamidə isə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 550 manat və 550 manat olub.

Digər rayonlarda artım daha mülayim olub. Binəqədi rayonunda yeni tikililərdə qiymətlər +0,9 %, köhnə tikililərdə +0,8 %, Sabunçu rayonunda isə hər iki kateqoriya üzrə +0,8 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Binəqədidə təxminən 650 manat, Sabunçuda isə 550 manat, köhnə tikililərdə isə müvafiq olaraq 500 manat və 400 manat təşkil edib.

Suraxanı rayonunda yeni və köhnə tikililərdə artım +0,7 %, Qaradağ rayonunda isə +0,6 % təşkil edib. Bu rayonlarda kirayə qiymətləri yeni tikililərdə orta hesabla Suraxanıda 550 manat, Qaradağda isə 400 manat, köhnə tikililərdə isə müvafiq olaraq 450 manat və 300 manat olub.

Paytaxtın kənar ərazilərində yerləşən rayonlarda artım nisbətən aşağı olub. Xəzər rayonunda yeni və köhnə tikili mənzillərin kirayə qiymətləri +0,6 %, Pirallahı rayonunda isə yeni tikililərdə +0,5 %, köhnə tikililərdə +0,4 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Xəzərdə təxminən 450 manat, Pirallahıda isə 300 manat, köhnə tikililərdə isə müvafiq olaraq 300 manat və 250 manat səviyyəsində olub.

Ümumilikdə yanvar ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 1,05 %, köhnə tikililərdə isə 0,92 % təşkil edib.

Fevral ayında kirayə bazarında artım tempi yanvarla müqayisədə bir qədər zəifləsə də, bütün rayonlarda müsbət dinamika qorunub.

Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,1 %, köhnə tikililərdə +0,9 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1 % və +0,8 % olub. Yasamal rayonunda yeni tikililərdə +0,95 %, köhnə tikililərdə +0,75 %, Nərimanov rayonunda isə +0,9 % və +0,7 % artım qeydə alınıb.

Bu rayonlarda orta kirayə qiymətləri də müvafiq olaraq artaraq Səbaildə yeni tikililərdə təxminən 1 410 manat, Nəsimidə 1 005 manat, Nərimanovda 810 manat, Yasamalda isə 705 manat səviyyəsində formalaşıb.

Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,8 %, köhnə tikililərdə +0,7 %, Nizami rayonunda isə müvafiq olaraq +0,8 % və +0,7 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,7 %, köhnə tikililərdə +0,6 % artım müşahidə olunub.

Digər rayonlarda artım daha aşağı səviyyədə olub. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,6 %, Suraxanı rayonunda +0,5 %, Qaradağ rayonunda isə +0,4 % artım qeydə alınıb.

Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,4 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,3 % artım olub.

Fevral ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,71 %, köhnə tikililərdə isə 0,62 % təşkil edib.

Mart ayında kirayə bazarında artım tempi yenidən bir qədər yüksəlib.

Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,2 %, köhnə tikililərdə +1 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1,1 % və +0,9 % olub. Yasamal rayonunda yeni tikililərdə +1 %, köhnə tikililərdə +0,85 %, Nərimanov rayonunda isə +1 % və +0,8 % artım qeydə alınıb.

Mart ayında orta kirayə qiymətləri də yüksələrək Səbaildə yeni tikililərdə təxminən 1 420 manat, Nəsimidə 1 015 manat, Nərimanovda 815 manat, Yasamalda isə 710 manat səviyyəsinə çatıb.

Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,9 %, köhnə tikililərdə +0,8 %, Nizami rayonunda isə müvafiq olaraq +0,9 % və +0,8 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,8 %, köhnə tikililərdə +0,7 % artım müşahidə olunub.

Digər rayonlarda da müsbət dinamika davam edib. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,7 %, Suraxanı rayonunda +0,6 %, Qaradağ rayonunda isə +0,5 % artım qeydə alınıb.

Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,5 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,4 % artım olub.

Mart ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,81 %, köhnə tikililərdə isə 0,72 % təşkil edib.

Yanvar–mart aylarının nəticələri əsasında aparılan hesablamalara görə, bəzi rayonlarda kirayə qiymətlərinin orta artım tempi daha yüksəkdir. Məsələn, Nərimanov rayonunda yeni tikili mənzillər üzrə orta artım 1,03 %, köhnə tikililər üzrə isə 0,83 % təşkil edir.

Ümumilikdə kirayə bazarında artımın xüsusilə Səbail, Nəsimi, Yasamal və Nərimanov kimi mərkəzi və işgüzar rayonlarda daha yüksək olduğu müşahidə olunur. Bu isə əsasən həmin ərazilərdə nəqliyyat əlçatanlığı və yaşayışa olan tələbatın daha yüksək olması ilə izah olunur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Mart 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri