Icma.az
close
up
RU
Bakının Filarmoniya bağındakı royal niyə zəncirlənib?

Bakının Filarmoniya bağındakı royal niyə zəncirlənib?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının məşhur istirahət guşələrindən biri olan Filarmoniya bağında yerləşən royalın işləməməsi sakinlərin diqqətini çəkib.

Oxu.Az-a daxil olan müraciətdə bildirilib ki, royal uzun müddətdir, istifadəyə yararsız vəziyyətdədir.

"Mənzərə çox gözəl idi, bağda xüsusi xoş ab-hava yaradırdı. İnsanlar boş vaxtlarında royalın ətrafında toplaşıb maraqlı vaxt keçirirdilər, xüsusən gənclərin əyləncəsi üçün əla vəsait idi. Amma neçə aydır ki, royalın üstü bağlanıb və zəncirlənib. Niyə belə edildiyi barədə heç kim məlumatlı deyil. Çox istəyərdik ki, royal əvvəlki kimi insanların istifadəsinə verilsin", - müraciətdə qeyd olunub.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin (BAX) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, royalın işləməməsinin səbəbi bəzi hissələrinin sıradan çıxmasıdır.

"Əvvəlcə qeyd edim ki, həm elektrik, həm də Günəş enerjisi ilə işləyən "Cadenza" markalı bu royal dünyada ilk daimi küçə royalıdır və Bakı Abadlıq Xidməti tərəfindən Filarmoniya bağına hədiyyə edilib. Eyni modeldən biri də Xankəndi şəhərində quraşdırılıb.

Royal açıq havada istifadə olunduğu üçün müəyyən müddətdən sonra bəzi hissələrində aşınmalar yaranır. Bundan başqa, əraziyə nəzarət olmadığından bəzən vətəndaşlar ondan düzgün istifadə etmirlər və bu səbəbdən də müəyyən problemlər yaranır.

Hazırda yaranan problemi aradan qaldırmaq və royalı yenidən sakinlərin istifadəsinə vermək üçün onun sıradan çıxan ehtiyat hissələrini İsveçrədən sifariş etmişik, onların gətirilməsi üçün lazımi vəsait ödənilib. Hazırda hissələrin gəlməsini gözləyirik. Hesab edirəm ki, təxminən on gün ərzində royal yenidən istifadəyə veriləcək. Çox yaxşı olardı ki, royal olan ərazidə müəyyən nəzarət mexanizmi də olsun. Çünki sifariş olunan hissələr çox bahalı olduğundan onu həm də qorumaq lazımdır", - deyə L.Əliyeva qeyd edib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri