Bakının hansı ərazilərində mənzillər bahalaşıb?
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk aylarında Bakının daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.
Şəhərin mərkəzi rayonları bazarda ən yüksək aktivliyi göstərir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, fevral ayında Səbail, Yasamal və Nəsimi rayonları bazarın ən aktiv zonaları olub. Bahalaşmanın növbəti aylarda da davam edəcəyi gözlənilir:
“Köhnə mənzillərdə təqribən 2-2.5 %, yeni binalardakı mənzillərdə isə 3-3.5 % qiymət artımı baş verib. İl ərzində bu prosesin davamlı olacağını düşünürük. Təqribən köhnə tikililərdə 5-7 %, yeni tikililərdə isə 10-12 % arası qiymət artımı gözlənilir”.
Qiymət artımının əsas səbəbi kimi bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması göstərilir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 15 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















